Mövlud Ərdinç: ""Qarabağ"la oyunda qol buraxmamağımız..."
22 Sentyabr 2014 19:10 İdman"Sent-Etyen"in hücumçusu Mövlud Ərdinç Fransa Liqasında "Lans"a qalib gəldikləri oyundan (1:0) sonra fikirlərini bildirib. Milli.Az qol.az-a istinadən xəbər verir ki, türkiyəli futbolçu deyib ki, "Kan", "Qarabağ" və "Lans"la matçlarda qol buraxmamaları onları gələcəyə dair daha da ümidləndirir: "Qarşılaşma ərzində baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirdik. Üç oyundur qol buraxmırıq və bu, bizdə özümüzəinamı artırır. "Sent-Etyen"də özümü xoşbəxt hiss edirəm. Qol vura bilməməyim məni narahat etmir. Qarşıda hələ çox matç var".
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda keçirilən "Qarabağ" - "Sent-Etyen" oyunu 0:0 hesabı ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31