"Qarabağ"ın rəqibi "Lans"a qalib gəldi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sent-Etyen" dünən Fransa liqasında altıncı turun oyununa çıxıb. Milli.Az qol.az-a istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Lans"ın qonağı olan "Sent-Etyen" 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 82-ci dəqiqədə Fabiyen Lemoine vurub. Bu qələbədən sonra "Sent-Etyen" "Marsel" və "Bordo" ilə birgə 13 xalla birinci-üçüncü yerləri bölüşdürürlər. "Lans" isə yeddi xalla 12-ci pillədədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31