Messi yubiley qolunun astanasındadır

"Barselona" dünən keçirdiyi matçda "Levante"ni məğlub etdi. Bununla katalonlar "quru oyunlar"ın sayını 5-ə çatdırdılar. "Barsa"nın ulduzu Lionel Messi isə "Levante" ilə oyunda fərqlənməklə karyerasında 399-cu qolu vurdu. Argentinalı yubiley qolunu da vura bilərdi. Amma hücumçu 42-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməyib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı oyunçu 399 qolun 357-ni "Barcelona"da vurub. O, milli komandada keçirdiyi 93 görüşdə 42 dəfə fərqlənib. Xatırladaq ki, "Levante" səfərində Messi aktivinə 2 qol ötürməsi də yazdırıb. "Barcelona" növbəti matçını 3 gündən sonra "Malaqa"ya qarşı keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31