Ançelotti Joze Mourniyonu qabaqladı
22 Sentyabr 2014 17:29 İdman"Real Madrid" La Liqanın 4-cü turunda "Deportivo"nu darmadağın etməklə xallarının sayını 6-ya çatdırdı. Milli.Az goal.az-a istinadən xəbər verir ki, qələbə klubun baş məşqçisi Karlo Ançelotti üçün xüsusilə əlamətdar olub. İtalyan mütəxəssis "Real Madrid"lə yubiley - 50-ci qələbəsini qazanıb. Bunun üçün Ançelottiyə 67 oyun keçirmək lazım gəlib. Əvvəlki göstərici Joze Mourinyoya məxsus idi. "Don Joze" 69 qarşılaşmanın 50-də qələbə qazana bilmişdi. Üçüncü yerdə qərarlaşan Migel Munyos (70 oyun) isə 1959-1974-cü illərdə "Real Madrid"ə rəhbərlik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31