Neymar yenə zədələndi
22 Sentyabr 2014 16:23 İdman"Barselona" klubunun hücumçusu Neymar yenidən zədələnib. Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu La Liqanın son turunda "Levante" ilə görüşdə zədələnərək sıradan çıxıb. Topuğundan zədə alan futbolçu matçın 51-ci dəqiqəsində əvəzlənib. "Neymarın topuğunda kiçik burxulma var. Ancaq hələ müayinə olmayıb. Onu əvəzlədim və ümid edirəm ki, zədəsi cidi deyil", - "Barselona"nın baş məşqçisi Luis Enrike bildirib.
Qeyd edək ki, "Barselona" "Levante" ilə səfər matçında 5:0 hesabı ilə qələbə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31