Atçılığın konkur növü üzrə “Odlar Yurdu” kubokuna yekun vurulub

Atçılıq İdmanının Konkur Növü Üzrə CSI2* kateqoriyalı "Odlar Yurdu Kuboku"adlı Beynəlxalq Turnirə yekun vurulub. 18-20 Sentyabr 2014-cü il tarixlərdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən "Binə Atçılıq Mərkəzi"-nin açıq manejindəki yarışda Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İtaliya və Almaniya idmançıları iştirak ediblər. Yarışa Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edib. Ümumi mükafat fondu 44000 AZN təşkil edən turnirdə aşağıdakı nəticələr qeydə alınıb:

18 Sentyabr
125 sm-lik maneələrə qarşı
1-ci yer "Aco's first boy" ləqəbli atla Rahib İsmaylov
2-ci yer "Raritet" ləqəbli atla Gürcüstanlı Şalva Qaçeçiladze
3-cü yer "Cissy" ləqəbli atla Seyid Musayev
135 sm-lik maneələrə qarşı
1-ci yer "Woodie" ləqəbli atla Elmar Abdullayev
2-ci yer "Chewing Gum" ləqəbli atla Gürcüstanlı Şalva Qaçeçiladze
3-cü yer "David" ləqəbli atla Elmar Abdullayev
19 Sentyabr
130 sm-lik maneələrə qarşı
1-ci yer "Aco's first boy" ləqəbli atla Rahib İsmaylov
2-ci yer "Welga" ləqəbli atla Rahib İsmaylov
3-cü yer "Casandra MNM" ləqəbli atla İtaliyalı Rosella di Simone
140 sm-lik maneələrə qarşı
1-ci yer "Chewing Gum" ləqəbli atla Gürcüstanlı Şalva Qaçeçiladze
2-ci yer "Bil Klinton" ləqəbli atla Seyid Musayev
3-cü yer "ConCorde 57" ləqəbli atla Kənan Novruzov
20 Sentyabr
145 sm-lik maneələrə qarşı:
1-ci yer "Zidane D" ləqəbli atla Almaniyalı Andreas Ripke
2-ci yer "David" ləqəbli atla Elmar Abdullayev
3-cü yer "Tall boy MNM" ləqəbli atla Andreas Ripke

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31