“Fənərbaxça” azarkeşləri sevindi VIDEO
Superliqada 3-cü turun oyunları davam edir
22 Sentyabr 2014 09:53 İdmanFutbol üzrə Türkiyə Superliqasında 3-cü turun növbəti oyunları keçirilib.ANS PRESS-in məlumatına görə, növbəti oyun günündə daha 6 komanda üz-üzə gəlib."Kasımpaşa" öz meydanında "Karabükspor"u qəbul edib. Matçda ilk sevinən tərəf qonaqlar olsa da, onların bu sevinci oyunun sonuna qədər davam etməyib və meydan sahibləri qarşılaşmanı qalib başa vrublar - 2:1.Turun başqa bir qarşılaşması isə "Sivasspor"la "Konyaspor" arasında baş tutub, lakin oyunda hesab açılmayıb.Günün maraqla gözlənilən oyunu isə "Fənərbaxça"nın "Qaziantepspor"la güclərini sınaması idi. Matç ev sahiblərinin minimal üstünlüyü ilə başa çatıb - 1:0.
Qeyd edək ki, tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
Türkiyə çempionatı, III tur:
19 sentyabr (cümə)
"Əskişəhərspor" - "Gənclərbirliyi" - 0:2
Qollar: Cifci, 31; Stanku, 86
20 sentyabr (şənbə)
"Ərciyəsspor" - "Akhisar" - 1:2
Qollar: Alkilic, 33 - Gekas, 53; 90
"Balıkəsirspor" - "Qalatasaray" - 2:0
Qollar: Yildirim, 22, Ünal, 44
"Mersin İdman Yurdu" - "Rizəspor" - 2:0
Qollar: Çetin, 13, Kaloğlu, 82
21 sentyabr (bazar)
"Kasımpaşa" - "Karabükspor" - 2:1
Qollar: Viudes, 37, Çolak, 88 - Kumbela, 16
"Sivasspor" - "Konyaspor" - 0:0
"Fənərbaxça" - "Qaziantepspor" - 1:0
Qol: Əmrə, 82-pen
22 sentyabr (bazar ertəsi)
21:00."Başakşəhər" - "Trabzonspor"
23:30."Bursaspor" - "Beşiktaş"