Futbol 2020-ci il Avropa çempionatı Azərbaycanda keçiriləcək
19 Sentyabr 2014 18:40 İdmanBakı 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Qərar UEFA-nın İcraiyyə Komitəsinin sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində keçirilən yığıncağında verilib. AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi tədbirin nəticələrinə əsasən turnir Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərlərində keçiriləcək. Qərara əsasən bakı 3 qrup, bir 1/4 final oyununu qəbul edəcək. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31