"Qarabağ"ın rəqibində ciddi itki

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" klubu ciddi itki ilə üzləşib. Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Dnepropetrovsk təmsilçisinin hücumçusu Mateus uzun müddətə sıradan çıxıb. Çempionlar Liqasının III təsnifat mərhələsinin "Kopenhagen"lə cavab görüşündə dizindən zədələnən futbolçunun ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu isə o deməkdir ki, braziliyalı futbolçu "Qarabağ"la qrup oyunlarında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Qarabağ"ın "Dnepr"lə oyunları 23 oktyabr və 6 noyabr tarixlərində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31