"Narkotikə qurşanmasaydım..." – Maradona
19 Sentyabr 2014 19:30 İdmanDünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona maraqlı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Maradona narkotik qəbul etməsinin onun karyerası ilə yanaşı, həyatına da mənfi təsir göstərdiyini bildirib: "Əgər narkotikə qurşanmasaydım, fenomen futbolçu olardım. Avropaya gəldiyimdə anladım ki, texnikamla istənilən müdafiəçini geridə qoya bilərəm. Top hər dəfə mənə gələndə, azarkeşlər sevinirdilər. Hazırda 53 yaşımda olmağıma baxmayaraq, özümü 80 yaşında hiss edirəm. Normal insan həyatı yaşamadım".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31