İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiyası imzalanıb
19 Sentyabr 2014 14:32 İdmanİsveçrənin Makolin şəhərində öz işinə başlamış Avropa Şurasının idmana məsul nazirlərinin 13-cü Konfransı yekunlaşıb. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycanı konfransda nazir Azad Rəhimov təmsil edib. Tədbir zamanı "İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiya"sı imzalanmağa açıq elan edilib. Azərbaycan konfransda iştirak edən ölkələr arasında konvensiyaya ilmza atan ilk ölkə olub. İmzalanma mərasimində Avropa Şurasının Baş Katibi T. Yaqland da iştirak edib.
Qeyd edək ki, konfransın aşılış günü İsvecrənin müdafiə, mülkü müdafiə və idman naziri Ueli Maurer sədr, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə sədr müavini seçiliblər. Konfrans ölkəmizin 31 oktyabr tarixinədək davam edəcək Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə baş tutur. Bu səbəblə tədbirin açılış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində Azad Rəhimov çıxış edib.