Azərbaycan milli komandası 3-cü Beynəlxalq Ardeşen Offroad yarışlarında S2 kateqoriyasında birinci olub
2 Sentyabr 2014 13:42 İdmanTürkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçirilən 3-cü Beynəlxalq Ardeşen Offroad yarışları başa çatıb. Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə bu yarışlarda təmsil olunan Offroad milli komandamız - pilot Azər Abıyev və şturman Vaxtanq Sakhokia S2 kateqoriyasında 1-ci yeri, ümumi kateqoriya yarışlarda isə ikinci yeri tutub. Bu barədə Trend-ə federasiyadan məlumat verilib. Xatırladaq ki, avqustun 30-31-də keçirilən 3-cü Beynəlxalq Ardeşen Offroad yarışlarında Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Ermənistandan 100-ə qədər idmançı iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31