Flavinyo 150-ni arxada qoydu

Topaz Premyer Liqasının IV turu "Neftçi"nin futbolçusu Flavinyo üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində 150-ci oyununu keçirib. "Simurq"la qarşılaşmayadək 149 görüşə çıxan legioner kapitanı olduğu komandanın 2:1 hesablı qələbəsinə şahid olub. Ötən mövsüm 100-cü çempionat matçını keçirən Flavinyo ölkə kuboku, avrokuboklar və Superkubokla birlikdə növbəti yubileyini qeyd edib. "Neftçi"nin hazırkı heyətində bu göstəricidə 1-ci olan braziliyalı bu qarşılaşmalarda 36 dəfə fərqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31