Messi Almaniyaya qarşı oynayacaqmı?
1 Sentyabr 2014 19:30 İdmanArgentina millisi sentyabrın 3-də yoldaşlıq görüşü çərçivəsində qarşılaşacağı Almaniya ilə oyuna ciddi itki ilə çıxa bilər. Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, komandanın aparıcı futbolçusu Lionel Messinin qarşıdakı oyunda Argentina millisinə kömək edə bilməyəcəyi gözlənilir. La Liqanın II turu çərçivəsində "Vilyareal"la görüşdə (1:0) qasıq nahiyyəsindən zədələnən futbolçunun Almaniyaya qarşı oynamayacağı ehtimal olunur. Lakin 27 yaşlı futbolçunun son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31