"Milan" "Çelsi"nin futbolçusunu transfer etdi
1 Sentyabr 2014 19:25 İdman"Çelsi" klubunun yarımmüdafiəçisi Marko van Qinkel karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu "Milan" klubuna bir illiyinə icarəyə verilib. 21 yaşlı futbolçu ilk öncə Milan təmsilçisinin təklifini rədd etsə də, sonradan qərarını dəyişib.
Qeyd edək ki, Qinkel 2013-cü ildə "Vitesse"dən "Çelsi"yə transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31