"Het-trik etsəm də, hələ hazır deyiləm" - İbrahimoviç
1 Sentyabr 2014 17:32 İdmanPSJ klubunun hücumçusu Zlatan İbrahimoviç Fransa Liqasının 4-cü turu çərçivəsində məğlub etdikləri "Sent Etyen"lə oyun haqda danışıb. Qol.Az-ın məlumatına görə, bu görüşdə het-triklə yadda qalan isveçli forvard "goal.com"a açıqlamasında hələ də 100 faiz hazır olmadığını bildirib: "Bu əla oyun idi. Komanda yoldaşlarıma təşəkkür edirəm. Het-trik etsəm də, hələ 100 faiz hazır deyiləm. Zədədən sonra indi-indi özümə gəlirəm. 5:0 hesablı qələbə PSJ-nin öz oyununu tapdığını göstərir".
Qeyd edək ki, "Sent Etyen" "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibidir. Ağdam təmsilçisi qrup mərhələsində ilk matçını məhz evdə "Sent Etyen"ə qarşı keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31