UEFA Rəhim Həsənova etibar etdi

FİFA referisi Rəhim Həsənov UEFA-nın Regionlar Kubokunun 3-cü qrupunun oyunlarına təyinat alıb. Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Serbiya, Bolqarıstan, Çexiya və İsveçrə komandalarının mübarizə aparacağı bu qrupun oyunları sentyabrın 25-dən 29-dək Serbiyada təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31