Olimpiyaçılarımız vətənə qayıdıb
1 Sentyabr 2014 14:10 İdmanÇinin Nancinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya oyunlarında 5 qızıl, 6 gümüş, 1 bürünc medal qazanan idmançılarımız vətənə qayıdıb. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, idmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava limanında Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəsmiləri qarşılayıb. Qarşılanma mərasimindən sonra idmançılar Ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qeyd edək ki, Çinin Nancinq şəhərində Yeniyetmələrin II Yay Olimpiya oyunlarında 29 idman növü üzrə keçirilmiş yarışlarda Azərbaycan 9 idman növündən 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilib 86 ölkə arasında 10-cü yeri tutub. Qazanılmış medalların sayına görə Azərbaycan 14-cü yeri tutub. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir.