Amit Quluzadə Portuqaliya klubunda debüt etdi
1 Sentyabr 2014 13:38 İdmanMillimizin sabiq futbolçusu Amit Quluzadə Portuqaliyanın ikinci liqa təmsilçisi "Atletiko"da (Lissabon) debüt edib. Qol.Az-ın məlumatına görə, o, çempionatın beşinci turunda " Trofense" ilə matçda əsas heyətdə yer alıb. Ancaq 21 yaşlı yarımmüdafiəçi görüşün 37-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki,sözügedən qarşılaşmada "Atletiko" 0:2 hesabı ilə məğlub olub. Xatırladaq ki, A.Quluzadə bu ilin avqustunda Lissabon təmsilçisi ilə iki illik müqavilə imzalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31