"Mançester Yunayted"in hücumçusu "Real"da

"Real" heyətini daha bir futbolçu ilə gücləndirib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Mançester Yunayted"in oyunçusu Xavyer Hernandes 2014/2015 mövsümündə Madrid təmsilçisinin heyətində  çıxış edəcək. "Kral klubu" cari mövsümün sonu 22 milyon avro ödəyərək meksikalı hücumçunu birdəfəlik ala bilmək hüququ var.

Qeyd edək ki, X.Hernandes 2010-cü ildən "MY"nın şərəfini qoruyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31