“İnter” mövsümə bərabərliklə başladı
1 Sentyabr 2014 10:53 İdmanİtaliya çempionatında 2014/15 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "İnter" mövsümə səfərdə başlayıb. Milan təmsilçisi "Torino"nun qonağı olub. Turindəki görüş qolsuz heç-heçə ilə nəticələnib. Meydan sahibləri 20-ci dəqiqədə penalti vurmaq imkanı qazansa da, bu şansdan yararlanmayıb. "İnter" isə qarşılaşmanı azlıqda başa vurub. Belə ki, 90-cı dəqiqədə Nemanya Vidiç qırmızı vərəqə alıb.
Qeyd edək ki, "İnter"lə "Qarabağ" arasında ilk oyun oktyabrın 2-də Milanda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31