Azərbaycan çempionatı: "Neftçi" "Simurq"a, "Bakı" "Qarabağ"a qarşı

Bu gün Topaz Premyer Liqasında 4-cü tura yekun vurulur. Azerisport.az xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma baş tutacaq.
Əvvəlcə "Neftçi" "Simurq"u qəbul edəcək. Turun qapanış matçı isə son çempion "Qarabağ"la "Bakı" arasında keçiriləcək.

Topaz Premyer Liqası
4-cü tur
31 avqust (bazar)

8:00. Neftçi - Simurq
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

20:30. Qarabağ - Bakı
Hakimlər: Ramil Diniyev, Kamran Bayramov, Rəvan Həmzəzadə, Teymur Fərhadov.
Bakı. "İnter Arena".
Turun digər oyunları: Xəzər Lənkəran - İnter - 1:0, Qəbələ - AZAL - 1:2, Sumqayıt - Araz Naxçıvan - 1:0.

Bombardirlər:
4 - Mikel Alvaro (İnter)
2 - David Janelidze (Araz Naxçıvan), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31