Aydın Mirzəzadə: “Qarabağ"ın uğuru göstərdi ki, biz bacarırıq”
29 Avqust 2014 12:52 İdman"Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarında Azərbaycanın "Qarabağ" futbiol komandasının Hollandiyanın "Tvente" klubu ilə mübarizəsinin nəticəsi bütün Azərbaycana böyük bir sevinc yaşatdı". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, qələbənin özgə meydançasında və tanınmış bir komanda ilə gərgin bir mübarizədə qazanmsının özü də diqqəti çəkən bir məqamdır: "Artıq Azərbaycan futbol komandaları Avropanın meydançalarında öz sözlərini deyə bilirlər. Hesabı öz xeyrimizə dəyişə bilirik. Bir neçə komandamız var ki, onlarla oyuna xarici futbol komandaları böyük məsuliyyətlə hazırlaşırlar. "Qarabağ", Neftçi", Xəzər-Lənkəran" klublarının timsalında Azərbaycan futbolunun inkişafı göz qarşısındadır". Millət vəkili qeyd edib ki, ölkəmizdə futbolun inkişafına göstərilən qayğı öz nəticəsini verməkdədir: "Qarabağ"ın uğuru göstərdi ki, biz bacarırıq və biz bacaracağıq".