"Qarabağ" sevinci Bakı küçələrində - VIDEO
29 Avqust 2014 11:50 İdmanHollandiyada "Tvente"ni məğlub edən "Qarabağ" Bakıda azarkeşlərinə sevincli anlar yaşadıb.APA-nın məlumatına görə, tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq şansı əldə edən "Qarabağ" klubunun bu qələbəsi ilə əlaqədar Bakıda qələbə yürüşü keçirilib. Azadlıq meydanına toplaşan "Qarabağ"lı fanatlar qələbə şüarları səsləndirərək Neftçilər prospekti boyu yürüş ediblər.Qeyd edək ki, Azərbaycan çempionu Avropa Liqasının pley-off mərhələsini adlayıb.Qurban Qurbanovun yetirmələri cavab oyununda Hollandiyada yerli "Tvente"nin qonağı olublar. Bakıda qolsuz bərabərliklə kifayətlənən "Qarabağ" səfərdə "Tvente" ilə 1:1 hesablı bərabərlik əldə edib. Bu hesab komandamıza tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə adlamaq imkanı verib.