“Neftçi”nin prezidentindən “Qarabağ”a təbrik

"Xalqımızın uğuru baxımından böyük nailiyyətdir"

"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov "Qarabağ" klubunu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.ANS PRESS-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ" klubunun prezidenti Abdulbari Gözələ ünvanlanmış təbrik məktubunda deyilir:"Neftçi" PFK kollektivi adından UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarixi uğura imza atmağınız münasibətilə Sizi və rəhbərlik etdiyiniz "Qarabağ" FK-nın məşqçilər heyəti, futbolçular və bütün əməkdaşlarını təbrik edirik. Doğma Qarabağımızın Avropanın böyük futbol ailəsi - UEFA Avropa Liqasının qrup mərhələsində olmağı tək idman yox, eyni zamanda xalqımızın uğuru baxımından böyük nailiyyətdir. Bir daha Sizi təbrik edir və Avroliqanın qrup oyunlarında uğurlar arzulayıram".Qeyd edək ki, "Neftçi" Respublika stadionunda Serbiyanın "Partizan" klubu ilə qarşılaşmada 1-2 hesabla məğlub olaraq Avroliqa ilə vidalaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31