"Qarabağ" Avropa Liqasının qrupunda

Səfərdə 1-1 hesablı nəticə ağdamlıları tarixində ilk dəfə olaraq bu mötəbər yarışın qrupunda oynamaq şansı verib

Ağdamın "Qarabağ" futbol klubu Avropa Liqasının qrupuna düşüb.ANS PRESS-in məlumatına görə, səfərdə 1-1 hesablı nəticə ağdamlıları tarixində ilk dəfə olaraq bu mötəbər yarışın qrupunda oynamaq şansı verib.

23.42

Enshede şəhərində hollandları oyunun 51-ci dəqiqəsində ağdamlılardan Muarem Muarem məyus edib.

ANS PRESS-in məlumatına görə, bu qoldan sonra oyunda 1-1 hesablı bərabərlik yaranıb.

23.23

Ağdamın "Qarabağ" futbol klubu Avropa Liqasının play-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün səfərdə "Tvente"nin qonağıdır.

ANS PRESS-in məlumatına görə, Enshede şəhərində Bakı vaxtı ilə saat 22:30-da başlayan oyunda hazırda 1-ci hissə sona çatıb: 1-0.

Topu ağdamlıların qapısından oyunun 37-ci dəqiqəsində Luc Castaignos keçirib.

Komandalar meydana bu heyətlə çıxıb:

"Tvente":
Nik Marsman, Kuko Martina , Byelland (k), Darrl Laxman, Robert Şilder, Kayl Ebesilio, Kamohelo Mokotdzho, Yuness Moxtar, Hakim Ziyeh, Lyuk Kastanyos, Kasper Kusk

Ehtiyat oyunçular: Sonni Stevens,Rasmus Benqtsson, Diko Koppers, Tim Brekers, Şadrak Eqan, Troqeyr Borven, Ould-Çikh

"Qarabağ":
İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedyev , Rəşad Sadıqov (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Muarem Muarem Riçard Almeyda, Çumbinyo, Vüqar Nadirov

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Admir Teli, Danilo Dias, Tərlan Quliyev, Namiq Yusifov, Leroy Corc

28 avqust

Avropa Liqası, play-off mərhələsinin cavab oyunu

22:30. "Tvente" (Hollandiya) - "Qarabağ" (Azərbaycan) 1:0
Enshede. Tvente stadionu

Baş hakim: Paolo Silvio Mazzoleni (İtaliya)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31