"Neftçi" Avropa Liqası ilə vidalaşdı

Bakılılar doğma meydanda 1-2 hesabı ilə uduzub

Bakının "Neftçi" futbol klubu doğma meydanında 1-2 hesabı ilə uduzaraq Avropa Liqası ilə vidalaşıb.ANS PRESS-in məlumatına görə, serblərdən qələbə topu oyunun 90-cı dəqiqəsində vurulub.Qeyd edək ki, matçda komandalar 4 qırmızı vərəqə alıb. Oyunun avstriyalı hakimi vərəqələrdən 3-nü bakılılara, 1-ni isə belqradlılara göstərib.

22.20

Tofiq Bəhramov adına Respublika stadionuna toplaşan azarkeşləri oyunun 58-ci dəqiqəsində Julius Gibrilla Woobay ayağa qaldırıb.

ANS PRESS-in məlumatına görə, "Neftçi" (Azərbaycan) - "Partizan" (Serbiya) matçında hesab 1-1 olub.

21.30

"Neftçi" (Azərbaycan) - "Partizan" (Serbiya) matçında hesab dəyişib: 0-1.

ANS PRESS-in məlumatına görə, bakılıların qapısından topu oyunun 24-cü dəqiqəsində Petar Skuletic keçirib.

21.06

Bakının "Neftçi" futbol klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün evdə "Partizan"la qarşılaşır.

ANS PRESS-in məlumatına görə, Bakı vaxtı ilə saat 21.00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayan oyuna start verilib.

Oyunun 6-cı dəqiqəsi gedir, hesab açılmayıb: 0-0.

28 avqust
Avropa Liqası, pley-off mərhələsinin ilk oyunu

21:00. "Neftçi" (Azərbaycan) - "Partizan" (Serbiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Baş hakim: Robert Şörgenhofer (Avstriya)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31