İdmançılarımızdan möhtəşəm nəticə

Çinin Nancinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya oyunlarında Azərbaycan idmançıları möhtəşəm nəticə göstəriblər. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib. Azərbaycan 9 idman növündən 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cü yeri tutub. Qazanılmış medalların sayına görə  Azərbaycan 14-cü yeri tutub. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31