Pulumuzu xaricilərə niyə veririk? (FOTO)

Azərbaycan futbolunda yerli mütəxəssislərə hələ də güvənilmir

Azərbaycan futbolunda yerli mütəxəssislərə güvənirlərmi?Bu sual Azərbaycan futbolunun gələcəyi üçün cavablanıdırılması vacib olan məsələlərdəndir. Çünki bu gün ölkə klublarının əksəriyyəti xarici mütəxəssisləri komandaya cəlb etməkdə elə də maraqlı deyil. Bu isə yerli məşqçilərin arxa plana düşməsinə səbəb olur. Futbol mütəxəssisləri əslində peşəkar yerli məşqçilərin yetişdirilməsini vacib sayır. Çünki klublar xarici məşqçiyə xeyli vəsait ödəyərək pul itirirlər. Mütəxəssislər isə bu itirilən pulların yerli məşqçilərin yetişdirilməsinə yönləndirməyin daha ağıllı iş olduğunu deyirlər. Azərbaycanın yerli komandalarından bəzilərində artıq bu proses başlayıb. "Qəbələ" FK-da yerli mütəxəssislərin hazırlanması üçün lazımı işlər görülür."Qəbələ" klubunun mətbuat katibi Anar Hacıyev ANS PRESS-ə açıqlamasında Azərbaycan futbolunda yerli mütəxəssislərin rolu barədə danışıb. O bildirib ki, "Qəbələ" klubu yerli mütəxəssislərin kluba cəlb olunmasına maraqlıdır: "Klubun tərkibində fəaliyyət göstərən Akademiyanın baş məşqçisinin Türkiyədən olan Halim Fıçıcı olmasına baxmayaraq akademiyadkı komandalara yerli məşqçilər rəhbərlik edir. Akademiyada U-19-da Hüseynqulu Quliyev, Şəhruz Mustafayev, U-17 komandasında Ramin Quliyev, Emin İmaməliyev, U-16-da Famil Xəlilov, U-15-də Mehman Yunusov, U-14-də Xəqani Məmmədov, U-13-də Ülfət Mədətov, U-12-də Zaur Hacıyev, U-11-də Yaşar Abuzərov, U-10-da Anar Surxayev, U-9-da Namiq Əliyev, U-7 isə Şəhriyar Kərimli məşqçilik edir". Anar Hacıyev Akademiyanın qapıçı məşqçilərin də yerli mütəxəssislərdən ibarət olduğunu deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31