"Beşiktaş" Çempionlar Liqası ilə vidalaşdı
İstanbullular Avropa Liqasının qrupunda oynayacaq
28 Avqust 2014 07:08 İdmanİstanbulun "Beşiktaş" futbol klubu Çempionlar Liqası ilə vidalaşıb.
ANS PRESS-in məlumatına görə, "Arsenal" (İngiltərə) komandası "Beşiktaş"ı (Türkiyə) doğma meydanında 1-0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. "Beşiktaş" isə Avropa Liqasının qrupunda oynayacaq.
Qeyd edək ki, oyunun 75-ci dəqiqəsində Mathieu Debuçinin 2-ci sarı vərəqə almasından sonra "Arsenal" azlıqda qalsa da "Beşiktaş" bundan yararlana bilməyib.
00.35
Arsenal (İngiltərə) - Beşiktaş (Türkiyə) matçında hesab dəyişib: 1-0.
ANS PRESS-in məlumatına görə, istanbulluların qapısından topu oyunun 45-ci dəqiqəsində İspaniyanın "Barselona" futbol klubundan yenicə transfer edilmiş çilili oyunçu Alexis Sançez keçirib.