“Neftçi”-“Partizan” matçının hakimləri müəyyənləşib
27 Avqust 2014 10:56 İdmanUEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" (Bakı) - "Partizan" (Serbiya) matçının hakimləri müəyyənləşib.AZADİNFORM xəbər verir ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu avstriyalı baş hakim Robert Şörgenhofer idarə edəcək. Ona həmyerliləri Matthias Vinsauer, Roland Brandner və Dominik Ouşan kömək edəcəklər.Matçın UEFA nümayəndəsi Kris Bellon (Belçika), hakim-inspektoru isə Miçel Vautrot (Fransa) olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31