Türkiyə superkubokunu "Fənərbaxça" qazandı

Penaltilər seriyasında "Fənərbaxça" 3:2 qalib gələrək superkuboka sahib çıxıb

Bu gün Türkiyə superkubokunun oyunu keçirilib. ANS PRESS-in məlumatına görə, həlledici oyunda iki əzəli rəqib son Türkiyə çempionu "Fənərbaxça" və ölkə kubokunun sahibi "Qalatasaray" komandaları üz-üzə gəlib

Manisada keçirilən oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda da hesab açılmayıb. Penaltilər seriyasında "Fənərbaxça" 3:2 qalib gələrək superkuboka sahib çıxıb.

Qeyd edək ki, ötən mövsüm də superkubokda bu komandalar üz-üzə gəlmiş və "Qalatasaray" Didye Droqbanın vurduğu yeganə qolla fəxri mükafata sahib çıxmışdı.

Türkiyə superkuboku

22:30. "Fənərbaxça" - "Qalatasaray" - 0:0 (Penaltilər seriyası - 3:2)
Mustafa Kamil Abitoğlu
Manisa. 19 may stadionu

Penaltini dəqiq vuranlar: Olcan Adin ("Qalatasaray"), Dirk Kuyt ("Fənərbaxça"), Raul Meyreleş ("Fənərbaxça"), Burak Yılmaz ("Qalatasaray"), Kadleç ("Fənərbaxça")

Penaltini dəqiq vura bilməyənlər: Səlçuk İnan ("Qalatasaray"), Caner Erkin ("Fənərbaxça"), Felipe Melo ("Qalatasaray"), Mehmet Topuz ("Fənərbaxça"), Yekta Kurtuluş ("Qalatasaray")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31