"Qarabağ" və "Neftçi"nin Avroliqadakı oyunlarının hakimləri müəyyənləşdi

Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Neftçi" - "Partizan" və "Tvente" - "Qarabağ" görüşlərinə hakim təyinatları açıqlanıb.

Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi"nin oyununu avstriyalı, "Qarabağ"ın matçını isə italiyalı hakimlər briqadası idarə edəcək.

"Tvente" (Hollandiya) - "Qarabağ"
28 avqust. Saat 19:30. Enshede. Tvente stadionu
Hakimlər: Paolo Silvio Mazzoleni, Lorenzo Manganelli, Alessandro Petrella, Sebastiano Peruzzo
(Hakimlər briqadası İtaliyadandır)
UEFA nümayəndəsi: Eduard Prodani (Albaniya)
Hakim-inspektor: Kostas Kapitanis (Kipr)

"Neftçi" - "Parizan" (Serbiya)
28 avqust. Saat 21:00. Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər: Robert Şörgenhofer, Mattias Binsauer, Roland Brandner, Dominik Ouşan
(Hakimlər briqadası Avstriyadandır)
UEFA nümayəndəsi: Kris Bellon (Belçika)
Hakim-inspektor: Mişel Vautrot (Fransa)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31