"DÇ-2014": Səbətlərin tərkibi müəyyənləşdi

FİFA "DÇ-2014"ün püşkatması öncəsi səbətləri açıqlayıb. Qol.Az-ın məlumatına görə, birinci səbət FİFA-nın reytinq cədvəlinə uyğun müəyyənləşdirilib.
 Digər səbətlərdə isə ölkələrin olduğu qitələr nəzərə alınıb. Bununla da eyni qitədən olan ölkələr bir qrupa düşməyəcək. İstisna olaraq ən çox iki Avropa komandası qarşılaşacaq.
Birinci səbət: Braziliya, Argentina, İspaniya, Almaniya, Kolumbiya, Belçika, Uruqvay, İsveçrə
İkinci səbət: Əlcəzair, Kamerun, Fil Dişi Sahili, Qana, Nigeriya, Çili, Ekvador.
Üçüncü səbət: Avstraliya, İran, Yaponiya, Cənubi Koreya, Kosta-Rika, Honduras, Meksika, ABŞ
Dördüncü səbət: Bosniya və Herseqovina, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, İtaliya, Hollandiya, Portuqaliya, Rusiya
Qeyd edək ki, dünya çempionatının püşkü dekabrın 6-da Braziliyanın Mata-di-San-Juan şəhərində atılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31