Azərbaycan klubunun kapitanına ŞOK cəza

AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının XV turunda baş vermiş hüquq pozuntularına dair qərarlarını açıqlayıb. Komitə "Sumqayıt"ın kapitanı Samir Abasovun 4 oyunluq cəzalandırılması barədə qərar çıxarıb.
S. Abasov "Neftçi" ilə matçın 90-cı dəqiqəsində baş hakim Fariz Yusifovu təhqir etdiyi üçün qırımızı vərəqə alıb. O, təkcə 2013-cü ildə deyil, 2014-cü ilin ilk turunda da meydana çıxmayacaq. "Sumqayıt" isə kapitanının hərəkəti üzündən 4000 manat ziyana düşüb. Kluba daha 1000 manat cərimə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən kəsilib.
Amma İntizam Komitəsi hakimlərin işinə AFFA İntizam Komitəsində baxılması barədə qərar çıxarmayıb. Halbuki "Sumqayıt"ın 1:2 hesabı ilə uduzduğu matçda meydan sahiblərinin qolu əllə vurulub və qonaqların qapısına penalti təyin edilməyib. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31