Ronaldinyo: "Hədəfim dünya çempionatında oynamaqdır"
3 Dekabr 2013 18:46 İdmanBraziliya millisinin sabiq üzvü Ronaldinyo gələn il ölkəsində keçiriləcək dünya çempionatında forma geyinmək istədiyini bildirib. Qol.Az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan "Atletiko Mineyro"nun futbolçusu Braziliya millisinin heyətində yer alacağına inandığını deyib:
"Braziliya millisində yaxşı oyunçuların olduğunu bilirəm. Skolari ilə münasibətim hər zaman yaxşı olub. Amma dünya çempionatında ən yaxşılar oynayacaq. Bu səbəbdən öz üzərimdə daha çox çalışıram. Əgər mundialda iştirak etmək şansım varsa, bunun üçün əlimdən gələni edəcəyəm. Millinin formasını geyinmək əla olardı. Əsas hədəfim də dünya çempionatında oynamaqdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31