"Mançester Siti "yeni Messi"ni transfer etdi
3 Dekabr 2013 19:37 İdmanİngiltərənin "Mançester Siti" klubu "Malaqa"da forma geyən 14 yaşlı futbolçu Brahim Abdelkader Diyazı transfer edib. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Barselona"nın da israrla istədiyi hücumçunun transferi üçün Premyer Liqa təmsilçisi 3.5 milyon avro ödəyib.
"Yeni Messi" adlandırılan Diyazın təzminat qiymətinin 2-3 il sonra 40 milyon avro olacağı iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31