Ronaldo: "Telefondan istifadə etmirəm"
3 Dekabr 2013 19:26 İdman"Real" (Madrid) futbolçusu Kriştianu Ronaldo FİFA prezidenti Yozef Blatterin üzr istəmək üçün ona zəng etdiyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu deyib ki, ümumiyyətlə, telefondan istifadə etmir: "Mənim telefonum yoxdur. Katibimdə var, o da yəqin mənə bunu söyləməyi unudub. Ümumiyyətlə, məni kimin kimə zəng etməsi az narahat edir".
Qeyd edək ki, FİFA prezidentinin Ronadloya üzr istəmək üçün zəng etdiyi, ancaq oyunçunun zənglərə cavab vermədiyi iddia edilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31