Fabio Kapello: "Kaka kimi futbolçular..."
3 Dekabr 2013 19:19 İdmanRusiya millisinin baş məşqçisi Fabio Kapello sabiq komandası "Milan" haqda danışıb. Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis Milan təmsilçisinin bu mövsüm işləri yolunda getmədiyini bildirib: "Bu mövsüm "Milan"ın işləri yolunda getmir. Ancaq klubun hazırda düzgün istiqamətdə addımladığını söyləyə bilərəm. Kaka kimi futbolçular komandanın əvvəlki ruhunu qaytarmağa qadirdir. "Milan"ın bu mövsüm uğur qazanacağına inanıram".
Qeyd edək ki, "Milan" A Seriyasında 14 turdan sonra 17 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31