İbrahimoviç: "Kavani ilə bütün komandalara qalib gələ bilərik"
2 Dekabr 2013 23:36 İdmanPSJ klubunun hücumçusu Zlatan İbrahimoviç komanda yoldaşı Edinson Kavani haqda xoş sözlər deyib. Qol.Az-ın məlumatına görə, isveçli forvard komandasının Kavani ilə bütün görüşlərdə qələbə qazana biləcəyini deyib:
"Kavani mənim komandada işimi daha da asanlaşdırıb. Əgər mən qol vura bilmədikdə o mənə köməklik göstərir. Artıq ötən mövsüm olduğu kimi qələbələri əldən vermirik. Kavani həmçinin müdafiəyə də kömək edir. Komandanın onun kimi hücumçuya ehtiyacı var idi. İnanıram ki, PSJ Kavani ilə istənilən rəqibə qalib gələr".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31