"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
2 Dekabr 2013 19:30 İdman"Qalatasaray" klubunun keçmiş kapitanı Tomas Uyfaluşi futbolçu karyerasını başa vurub. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə çexiyalı oyunçunun özü məlumat verib. Uyfaluşi bildirib ki, son zamanlar tez-tez zədələndiyi üçün belə bir qərar verib.
Qeyd edək ki, 35 yaşlı müdafiəçi mövsümün əvvəlində "Sparta"ya transfer olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31