Fevralın ən yaxşı oyunçu və məşqçisi

Qapıçı Freyzer Foster və argentinalı mütəxəssis Maurisio Poçettino mükafatlandırılıblar. Goal.az xəbər verir ki, Foster fevralın ən yaxşı oyunçusu, Poçettino isə məşqçisi seçilib. Ötən ay "Soutampton"un 28 yaşlı qolkiperi "Arsenal", "Vest Ham" və "Suonsi" ilə oyunda qapısını toxunulmaz saxlamışdı.

Poçettinonun rəhbərlik etdiyi "Tottenhem" isə fevralda "Norviç", "Vatford", "Mançester Siti" və "Suonsi" ilə görüşlərdə qalib gəlmişdi. Hazırda London klubu turnir cədvəlində 2-ci pilləni tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31