AFFA-nın Hakim İnspektorlar Komitəsinin sədri dəyişdi
11 Mart 2016 15:05 İdmanAFFA-nın bu gün keçirilən Hesabat-Seçki Konfransında yeni təyinat reallaşıb. Apasport.az saytının məlumatına görə, Hakim İnspektorlar Komitəsində dəyişiklik baş verib. Belə ki, komitə sədri Gülağa Cabbarov vəzifəsindən kənarlaşdırılıb. Onu bu vəzifədə sabiq hakim Əli Hüseynov əvəz edəcək.
Qeyd edək ki, Əli Hüseynov bir müddət Hakimlər Komitəsinin sədri kimi də fəaliyyət göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31