Başından zədələnən futbolçu son 20 ili unutdu
11 Mart 2016 18:03 İdmanMatç zamanı başından zərbə alan futbolçu son 20 ili unudub. Aznews.az bildirir ki, "Bernli" komandasının futbolçusu Maykl Kin matç zamanı başından zərbə alıb. O, başı ilə rəqib oyunçuyla toqquşub. Zərbədən sonra Maykl oyuna davam edib, lakin sonradan əvəzlənib. Zərbədən sonra başqa bir dövrdə yaşadığını düşünən futbolçunun müalicədən sonra yaddaşı bərpa olub: "İlk olaraq məndə güclü başgicəllənməsi var idi. Mən həqiqətən də heç nə xatırlamırdım. Həkim məndən hansı ildə olduğumuzu soruşdu və mən düşündüm ki, indi 1996-cı il davam edir. Xoşbəxtlikdən, xəstəxanada müalicə aldıqdan sonra yaxşıyam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31