"Liverpul" iki mənasız qol vurdu"
11 Mart 2016 13:59 İdmanAvropa klub turnirlərində ilk dəfə qarşılaşan "Liverpul" və "Mançester Yunayted"in ilk duelində "qırmızılar" üstün olublar - 2:0. Goal.az xəbər verir ki, "manikunianlar"ın baş məşqçisi Lui van Qaal rəqibin qələbəyə layiq olduğunu deyib.
"Liverpul" azarkeşləri fantastik atmosfer yaratmışdı. İlk hissədə rəqib çox yaxşı oynadı. Biz onların təzyiqinə müqavimət göstərə bilmədik. De Xea inanılmaz seyvlər etdi. Amma qapımıza mənasız penalti təyin olundu. Fasilədən sonra vəziyyəti dəyişdirə bildik. Amma təhlükəli epizodlar yaratmaq mümkün olmadı. Rəqib isə daha bir mənasız qol vurdu. Həmin vəziyyətdə ofsayd vardı. 0:2 hesablı məğlubiyyət rahat nəticə deyil. Amma 1 həftədən sonra eyni ab-havanı biz yarada biləcəyik. "Liverpul" qələbəyə layiq idi. Fellaininin iştirakı ilə insidenti gördüm. Maruan meydandan ən yaxşılardan biri idi".