Elxan Məmmədov: "Bölgə komandalarına diqqəti artırmalıyıq"

"Azərbaycan Premyer Liqasındakı 10 komandadan 6-nın Bakıda məskunlaşması bizi narahat edir". SİA-nın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov hesabat-seçki konfransındakı çıxışında deyib. O, bölgə komandalarına daha diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb: "Regionlarda azarkeşlərin oyunlara daha çox gəlməsi bizə bir mesajdır. Biz bölgə komandalarına diqqəti artırmalıyıq". E.Məmmədov 2009-cu ildə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi "Hər klubun öz stadionu olmalıdır" qərarının müsbət nəticə verdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31