Baş məşqçi qovuldu

Yunanıstanın PAOK klubu baş məşqçisi İqor Tudorla yollarını ayırıb. Qol.az bildirir ki, buna komandanın cari mövsümdə uğursuz çıxışı səbəb olub. Saloniki təmsilçisinin Avropa Liqasında mübarizəni dayandırması, eləcə də superliqada çempionluq yarışından uzaqlaşması rəhbərliyi narazı salıb. Bu səbəbdən PAOK xorvatiyalı mütəxəssislə yollarını ayırmaq qərarına gəlib. Artıq klubun yeni baş məşqçisi də müəyyənləşib. Tudoru Vladan İviç əvəzləyib.

Qeyd edək ki, cari mövsüm Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə birgə mübarizə aparan PAOK 1/16 finala vəsiqə qazana bilməyib. "Qəbələ" ilə həm Bakıda, həm də Salonikidə keçirilən oyunlar 0:0 hesabı ilə başa çatıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31