Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR- Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...
15:43 HadisəDünya xam neft bazarında ixrac edilən yanacağın tərkibinin üzvi xloridlə çirkləndirilməsi hadisələrinin böyük əksəriyyəti bu və ya digər formada Rusiya amili ilə bağlıdır. 2012-ci ildə Baltikyanı limana çirkləndirilmiş neftin axıdılması və digər lokal hallarda Rusiyanın adı təkrarlanıb.
Olaylar.az bildirir ki, qlobal treyderlər və alıcılar arasında böyük rezonansa səbəb olan ən böyük qalmaqal isə 2019-cu ildə Rusiyanın "Drujba" kəməri ilə axıdılan neftin çirklənməsi zamanı baş verib.
İlk həyəcan siqnalı aprelin 19-da "Drujba"nın operatoru Belarusun "Qomeltransneft" şirkətindən gəlmişdi və o zaman Belarus tərəfi 19-22 aprel tarixləri arasında apardığı sınaqlarda üzvi xlorid səviyyəsinin milyonda 150-330 ppm (hissə) olduğunu aşkarlamışdı. Bu, "Transneft" spesifikasiyası ilə icazə verilən maksimum 10 ppm konsentrasiyasından 30 dəfə yüksək göstərici idi. "Gomeltransneft" Polşa və Ukraynadakı həmkarlarına çirklənmə problemi ilə bağlı məktublar göndərir və Polşanın Adamovo şəhərində aparılan sınaqlar da üzvi xloridlərin konsentrasiyasının normadan 30 dəfə çox olduğunu təsdiqləyir. Buna görə, Polşanın "PERN" şirkəti daxili ötürmə sistemini və emal zavodlarını qorumaq üçün xam neft axınını dayandırmağa məcbur olur. Amma bu qərar "domino effekti" verir və aprelin 25-də Mərkəzi və Şərqi Avropadakı neft emalı zavodlarında yaşanan panika Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Xorvatiya və digər dövlətlərin ardıcıllıqla xam neft alışını dayandırmasına səbəb olur.
Gündəlik 1-1,4 milyon barel neft ixrac edən "Drujba" kəməri ilə axıdılan 5 milyon tona yaxın çirklənmiş məhsula "stop" qoyulması Rusiya iqtisadiyyatına təxminən 2,5-3 milyard dollar zərərə başa gəldi.
Bu, Rusiyanın neft ixrac siyasətini zədələməklə, alıcılarda etimadsızlıq sindromu da formalaşdırır.
2025-ci ilin iyul ayında Azərbaycanın xam neft ehtiyatlarında üzvi xlorid çirklənməsi xəbərləri sızmağa başlayanda alıcılar buna inanmayaraq məsələnin Bakı nefti ilə bağlılığına şübhə ilə yanaşdılar və başqa mətləblər üzərində fərziyyələr dolaşdı. Kampaniya halını alan bu xəbərin Rusiya mətbuatı, o cümlədən "Qazprom"a, bəzi hallarda"Transneft"ə bağlı informasiya resurslarında hallanması fərqli suallar, şübhələr doğurmağa başladı. Rusiya təbliğatçı media maşını isə dayanmadan Azərbaycanın enerji tədarükünün etibarlılığını gözdən salmaq üçün bütün mühərriki ilə çalışırdı. Bu, həmin dövr idi ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketiniyeni qəbul etmişdi. Aİ Şurasının 2025/1495 saylı Qərarına əsasən, Rusiya neft və qaz məhsullarının satış və ixraclarına daha əhatəli və sərt qadağalar gəlmişdi.
Həmin qərar, eyni zamanda, Rusiya yanacaq məhsullarını əvəz edəcək, yeni resurs blokları və karbohidrogen coğrafiyalarına yönələn təşəbbüsləri nəzərdə tuturdu ki, burada Xəzər enerji regionu, o cümlədən Cənub Qaz Dəhlizi layihəsində fəal yer almış Azərbaycanla əməkdaşlığın gücləndirilməsi də Aİ-nin ümumi baxış strategiyasının tərkib hissəsini təşkil edir. Kreml təşviqat mexanizmi məhz bu çətin və sıxıntılı bir situasiyada rəqiblərinə qarşı dezinformasiya yayımını gücləndirməklə nisbi təskinlik tapmağa çalışırdı. Həmin qısa zaman kəsimində dövriyyəyə buraxılan "Azərbaycan neftindəki üzvi xlorid tapıntısı" da bu "informasiya müharibəsi"ndən qaynaqlanırdı. Sözsüz ki, bu addımda məqsəd və məram Azərbaycanın qlobal enerji coğrafiyasında və xüsusən də Avropanın enerji arxitekturasında güclənən mövqeyini və Pan-Avropa klubunda artan liderlik faktorunu azaltmaq, dünya enerji ailəsindən qovulan Rusiyanın öz korlanmış imici üzərində manipulyasiya edərək sadiq və nüfuzlu təchizatçılardan biri olan Azərbaycanın etibarlılıq və etimadlılıq brendini ləkələmək idi.
Məqsədli şəkildə yayımlanan bu materiallarda Bakı-Tbilisi-Ceyhanın (BTC) ixrac rəqabətliliyinə və şəffaf ötürücülük qabiliyyətinə kölgə salmaq cəhdləri diqqətçəkən məqam kimi araşdırılır. Halbuki neftin xloridlə çirklənməsinin ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan boru kəmərinə heç bir aiddiyəti yoxdur, zərərli qarışıq kəmərin son ünvanında - Ceyhan limanındakı terminalda meydana gəlib. Həmin terminala isə Azərbaycana aid "Azəri Light" markasının tərkibinə kənardan axıdılan neft qarışdırıldığından çirklənmə mənbəyi qətiyyən BTC deyil. Belə hal olsaydı bazar alıcıları növbəti partiyalarda Azərbaycan neftinin alışından imtina edərdi və BTC -nin nəqletmə hərəkəti dayanardı. Boru kəmərinin operatoru "BP-Azərbaycan"ın iyulun son günlərində yaydığı bəyanatdan da aydın görünür ki, "BTC Co" şirkəti kəmər boyu bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsini həyata keçirərkən "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən neftin və "Şahdəniz" yatağından Səngəçal terminalına daxil olan kondensatın, eləcə də Səngəçal terminalındakı çənlərdəki neftin bütün spesifikasiyalara uyğun olduğunu müəyyənləşdirib. Qiymətləndirmə zamanı, yalnız Ceyhan terminalındakı bəzi çənlərdə üzvi xloridlərin olduğu aşkarlanıb. Həmin çənlər ümumi rezervuarlar blokunun bir hissəsi olub və dərhal sistemdən təcrid edilib. Texniki keyfiyyət göstəriciləri tələblərə cavab verən çənlərin xam neftlə doldurulması və yüklənməsi, habelə ilə ixrac əməliyyatları isə davam etdirilib. istinad
Bu fakt onu təsdiqləyir ki, üzvi xloridin "Azəri-Light"la və BTC ilə qətiyyən bağlılığı olmayıb, neft tam spesifikasiyalara uyğun olub, xlorid Ceyhan terminalındakı bir neçə çəndə aşkarlanıb.
İqtisadi cinayətkarlıq da bu zaman baş verib
Həmin çənlərə üzvi xloridlə çirklənmiş kənar nefti kimin və hansı yolla axıdılması hazırda davam etdirilən araşdırmalardan sonra tam dəqiq məlum olacaq və bütün təfərrüatlara əsasən, cinayətin hansı kənar bölgədən idarə edilməsi də qətiləşəcək. İndiyə qədər oxşar cinayətlərin Rusiya neft infrastrukturlarında baş verdiyini ("Drujba" presedenti) nəzərə alsaq və hadisənin "qəhrəmanı" Adnan Əhmədzadənin adıçəkilən ölkədəki iri ranqlı neft maqnatları ilə rəsmi və qeyri-rəsmi əlaqələrinin olmasına istinad etsək, əsaslı şübhələr eyni xəttdə birləşir.
Bu xüsusda, Fransadakı revanşist ruhlu erməni və ruspərəst qüvvələrin də təxribat ssenarisinə bağlantısını gücləndirə biləcək bəzi ehtimalların da üzərindən sakit keçmək olmaz. Rusiya mətbuatı ilə yanaşı, Fransya aid informasiya şəbəkələri, müxtəlif təxribatçı qüvvələr Azərbaycanın enerji tədarükünün etibarlılığına dair mənfi rəylərin formalaşmasında davamlı fəaliyyətlər həyata keçirib. Ələlxüsus da, Aİ-nin Rusiya neftinə sanksiya qərarı "Urals" xam neftinin Avropa enerji kompleksində məhdudlaşdırmaq, Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Azərbaycanla əməkdaşlığı gücləndirmək siyasəti yeni fazaya daxil olduqdan sonra bu tendensiya xarakterik hal alıb. Fransanın bəzi senatorlarının Avropa Komissiyası ilə Azərbaycan arasında enerji əməkdaşlığına qarşı çıxması, Aİ-ni ittiham etməsinə və dəfələrlə müxtəlif tədbirlərdə, mediada Cənub Qaz Dəhlizini gözdən salmaq cəhdlərinə rast gəlmişik. "Fransa-Ermənistan Dostluq Qrupu"nun prezidenti Gilbert-Luc Devinaz, senatorlar Bricit Deveza, Piyer Ozolia və Eyten Blan son 2 ildə Azərbaycanın enerji siyasətinə qarşı təxribatlarla məşğul olaraq Avropa İttifaqını Azərbaycan qazını almamağa çağırıblar. mənbə
Musavat.com-un yazarı qeyd edir ki, siyasi üslub və Azərbaycana qarşı yönəlmiş provakasiyaların məzmunu ümumiləşdirilmiş formada çox oxşardır. Hədəf Azərbaycanın artan enerji rolunu zəiflətmək və Pan-Avropa klubunda genişlənməsinə qarşı anti-etimad təşviqi aparmaqdır.
"Azeri Light" neftinə qarşı müxtəlif vasitəçi şirkətlər, treyderlər və logistik operatorların müxtəlif sxemləri sayəsində süni qıtlıq yaradılmaqla qiymət zənbilinin aşağı salınmasına cəhdlər olunub. Guya neftin "premium" spesifikasiyasına uyğun gəlməməsi (hərçənd "BP" bu barədə bütün texniki göstəricilərə açıq olub və neftin keyfiyyəti barədə şübhələrə əsaslı şəkildə son qoyub) və s. dezinformasiyalar Azərbaycan neftinə olan möhkəm inamı zəiflətməyə, ölkəmizin ixrac reputasiyasını aşağı salmağa yönəlmiş hücum zəncirinin və hibrid xarakterli bu təzyiq üsulları Rusiyanın qlobal enerji bazarında dominantlığını saxlamaq üçün tətbiq etdiyi strategiyanın bir hissəsidir. Nəticədə Rusiya müəyyən qədər "Urals" xam neftini Avropa və Asiyanın əsas bazarlarında satmaq imkanlarını təmin edə bilib.
Təəssüf ki, bu işdə azərbaycanlılardan da istifadə olunub. SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, "ABDA Invest Holding"in sədri Adnan Əhmədzadənin Rusiyaya "biznes bağlılığı" haqqında kifayət qədər məlumatlar mövcuddur.
Onun sanksiya tətbiq olunmuş ölkələrdən (Rusiya və İran) Avropaya neft ixracını həyata keçirməsinə dair qaranlıq biznes sxemi barədə kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Xüsusilə də Ermənistan mediasında.
Müşahidələr nəticəsində belə qənaətə gəlmək mümkündür ki, 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Qərbin bu ölkəyə tətbiq etdiyi sanksiyalar Əhmədzadə və partnyorlarına əlverişli qapılar açıb. Bir müddət İran nefti sayəsində böyük təcrübə toplamış Adnan Əhmədzadə bu dəfə fəaliyyətini daha da genişləndirərək saxta sertifikatlarla Rusiya neftini Avropa bazarına satmağa başlayıb. O, bu proseslərdə Rusiya neft konqlomeratları ilə sıx əlaqələrdə olub. Ofşor zonalarda təsis etdiyi şirkətlərlə unikal fırıldaq sxemlərdən istifadə edib. "SOCAR Trading Geneva"dan ayrıldıqdan sonra 2018-ci ildə "Caspian Logistics Solutions" (CLS) şirkətini təsis edərək Rusiya neftini saxta sertifikatlardan istifadə etməklə tədarük edib. Şirkətin tərəfdaşları arasında Rusiya neftinin həm gizli, həm də aşkar daşıyıcıları çoxdur. Dörd il ərzində bu tərəfdaşlar gizli neft satışlarından 1 milyard dollar xalis mənfəət əldə ediblər. Təsis etdiyi "Alkagesta" Rusiya neftinin türkmən mənşəli olduğunu gizlətmək üçün saxta sənədlərdən istifadə etməkdə, o cümlədən Liviya sənədlərindən istifadə edilməklə Türkiyəyə göndərilən yüklərdə də ittiham olunur. O, Maltanın ən böyük neft bunkerləri ilə sövdələşmələrlə Birzebbuġadakı neft terminalından Rusiya neftinin Rusiya "kölgə donanması" ilə daşınması üçün davamlı satışlar aparıb, Liviyadan alınan neftin ticarətində iştirak edib ki, həmin xammalın müxtəlif kriminal və silahlı qruplara aid olması ehtimalları çox yüksəkdir. Bu yazıda qeyd edilən bütün məqamlarla bağlı ətraflı məlumat verəcəyik.
Hələliksə,adı qaçaqmalçılıq, saxtakarlıq və xəyanət işində davamlı hallanan "Alkagesta" şirkəti barədə danışaq.
"Alkagesta Ltd"- 2018-ci ildə "C85915" nömrəsi ilə Maltada qeydiyyatdan keçmiş neft və neft məhsullarının topdansatışı ilə məşğul olan korparasiyadır. Korporasiyanın Böyük Britaniya, İsveçrə, Türkiyə, BƏƏ və Sinqapurda tərəmə şirkətləri var. (moneyhouse)
Faktiki ünvanı: Piazzetta Business Plaza, Office8, Level6, Tower Road, Sliema, SLM 1605, Malta.
İnternet ünvanı: alkagesta.com
"Alkagesta LTD" 12 dekabr 2021-ci ildə "NBD Trade Data" Qlobal ticarət şirkətinin məlumat bazasına "NBDD3Y527680517" qeydiyyat kodu ilə əlavə edilib. Bu, ABŞ gömrük məlumatlarında "Alkagesta LTD" haqqında ilk qeyddir. 27.03.2025 tarixinə olan məlumatlara görə, "NBD Gömrük Məlumatları sistemi"ndə şirkətlə bağlı idxal və ixraca dair 952 gömrük qeydi olub. "NBD Trade Data" şirkətin, ticarət partnyorları arasında 37 alıcı və 10 təchizatçının adını açıqlayır.
Şirkətin son illərdə idxal-ixrac, alqı-satqı əməliyyatları ilə bağlı bu linkdənməlumat almaq olar.
Korparasiyanın Direktorlar Şurasının 4 üzvünün adı rəsmi olaraq göstərilir. Bunlar Mark Sekkomb, Kamran Ağayev, Orxan Rüstəmov və Mari Kristian Geydir.
Korparasiyaya daxil olan şirkətlər və rəhbərinin təqdimat sxemi aşağıdakı fotoda qeyd olunub.
Burada işarələnmiş "Caspian OIL&GAS CO Ltd" şirkəti 23.05.2019-cu ildə Saint Juliansda (Malta) qeydiyyatdan keçib. Formal direktoru olaraq Kamran Ağayev, katibi Emin Rəhimov, auditoru isə "BDO Malta"dır. (mənbə)
"Alkagesta" şirkətinin baş direktoru kimi göstərilən Kamran Ağayev Adnan Əhmədzadənin xalası oğludur və onun haqqında çox az məlumat var.
Bu şəxsin açıq mənbələrdə fotosunu tapmaq da çətindir. Hətta tanınmış araşdırma saytları da Kamran Ağayevin fotosunu təqdim edə bilmirlər. Lakin müəyyən araşdırmalardan sonra "Kamran Ağayev" adlanan şəxsin fotosunu qapalı internet şəbəkələrindən əldə edə bildik.
Kamran Ağayev
Onun heç bir sosial media platformasında qeydiyyatı yoxdur. Bunun özü şübhələrə yol açır. Adətən gizlilik və məxfilik qaydalarını gözləməyi bacaranlar xüsusi xidmət orqanları ilə birbaşa və ya dolayısı ilə əlaqəsi olan şəxslər olurlar. Bu şəxsin hansı dövlətin xüsusi xidmət orqanlarına yaxınlığını yəqin ki müvafiq qurumlar araşdıracaqlar.
Onu da qeyd edək ki, K.Ağayevin şirkətlərin reyestrində göstərilən ünvanları da ona məxsus deyil.
Belə ki, onun Maltada qeydiyyatda olduğu ünvan əslində "Piazzetta Business Plaza, Office8, Level6, Tower Road, Sliema, SLM 1605, Malta" "Alkagesta"-nın Maltadakı ünvanı, Dubayda qeyd olunan ünvanı isə "Villa.Sh.E103, W-Sub Meter, Palm Jumeirah, Dubai, United Arab Emirates, 00000" şirkətin Dubaydakı nümayəndəliyinin ünvanıdır.
"Villa.Sh.E103, W-Sub Metr" çox güman ki, Palm Jumeirah daxilində xüsusi villa üçün unikal identifikatordur. Bu identifikator, standart küçə ünvanı deyil, "Alkagesta LTD"-nin yazışma ünvanıdır.
Kamran Ağayev haqda bir də 1977-ci ilin sentyabrında anadan olması haqda qeydə rast gəlmək mümkündür.
Şirkətin rəhbərləri sırasında adı hallanan digər şəxs Orxan Rüstəmov haqda isə məlumatlar açıq mənbələrdə çoxdur. Bu da görünür "Alkagesta"-nın formal rəhbərinin populizmə meyilliyi ilə əlaqəlidir.
Musavat.com bildirir ki, korporasiyalara daxil olan digər şirkətlərdən "Caspian Oil Group" -un adı hallanır. Açıq mənbələrdə şirkətin rəhbəri kimi Vaqif Əliyev adlı birinin adı çəkilir.
"Caspian Oil Group"-un rəsmi saytında"tərəfdaşlar" arasında "Caspian Oil and Gas FZE" adına rast gəlinir.
"Caspian Oil and Gas FZE" Rusiyada qeydiyyatdan keçib. Ünvanı: "Пресненская набережная, 6, bina 2" və "Пресненская набережная, bina 12", Moskva, 123317.
Tel: +7 937 5525024
internet ünvanı: caspiangasoil.com,
e-mail: [email protected].
Bu şirkətin Azərbaycan, BƏƏ, Türkiyə, Qazaxıstan, Türkmənistan və Cənubi Koreyada ofisləri var.
"Caspian Oil and Gas"-ın partnyor şirkətləri kimi "Tatneft" və "SİBUR" olduğu görünür:
"Tatneft"- V.D.Şaşin adına PAO "Şaşneft" (burada ПАО-публичное акционерное общество-(ictimai səhmdar cəmiyyəti) Rusiyanın, Tatarıstan Respublikasının Almetyevsk şəhərində olan, Rusiyada beşinci ən böyük neft-qaz şirkəti və bazar kapitallaşmasına görə səkkizinci ən böyük açıq şirkətdir.
SİBUR- Rusiyanın böyük neft-kimya şirkətidir.
Xatırladaq ki, 16 mart 2022-ci ildə 2006-cı ildən şirkətin rəhbəri olmuş Dmitri Konov Qərbin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra tətbiq etdiyi sanksiyalarla bağlı rəhbər vəzifələrindən gedib. (mənbə)
Bildirilib ki, Konov "Sibur Holding"in idarə heyətinin sədri vəzifəsini tərk edib, "Sibur Holding"in direktorlar şurasından, "Sibur Holding" və "Sibur" MMC-nin idarə heyətindən istefa verib.
Bu məlumatı incəliyinə qədər qeyd etməklə, biz, "Caspian Oil and Gas"-ın partnyor şirkətlərinin sanksiyalara məruz qalmasına rəğmən əməkdaşlığı davam etdirməsinə işarə vururuq.
Bəllidir ki, Maltada bir çox böyük neft treyderləri fəaliyyət göstərir. Bunlardan "Macquarie Commodities", "Peninsula Petroleum" və "BB Energy" adları çəkilir və bu şirkətlər çox böyük həcmdə neft ticarətinə malikdirlər. Lakin Malta mətbuatının yazdığına görə, "Alkagesta" onlardan çox irəli gedib və açıq üstünlüyə sahibdir.
"Alkagesta"-nın fəaliyyətini araşdıran mənbələr "The Maltese Herald"-a bildiriblər ki, Alkagesta Maltanın ən aktiv neft treyderlərindən birinə çevrilib və hazırda friport yaxınlığındakı Evos bunkerinq terminalını, həmçinin Delimar da daxil olmaqla Maltada digər bunker terminallarını icarəyə götürür.
Bütün bu şirkətlərin Adnan Əhmədzadəyə nə aidiyyatı var?
Əvvəlcə açıq mənbələrdə Adnan Əhmədzadənin adına qeyd olunmuş daşınmaz əmlak siyahısındakı bəzi fraqmentlərə diqqət edək.
İngiltərə və Uelsdə əmlakların qeydiyyatı şirkəti olan "HM Land"-də Adnan Əhmədzadənin 2016-cı ilin fevralında 6,5 milyon funt-sterlinqə (təxminən 8 milyon dollar) London mənzili alması barədə məlumatlar yayılıb. Mənbələrdə qeyd olunur ki, sözügedən mənzil ingilislər tərəfindən "Hamlet Tower" kimi tanınan "Denison House, 20 Lanterns Way 409" ünvanında yerləşir.
Əslində Londonda mənzil satışı firmalarının elanlarında həmin binada evin qiymətinin 549 min funta (təxminən 1,1 milyon manat) bərabər olduğu göstərilir.
Amma etiraf edək ki, bu da kiçik rəqəm deyil.
Sənədə əsasən, mənzilin ödənişi İngiltərənin cənubundakı Kanal adalarında qeydiyyatda olan "Hambros Bank Limited" vasitəsilə həyata keçirilib.
O da qeyd olunur ki, 26 aprel 2018-ci ildə Adnan Əhmədzadənin adından 5,5 milyon funt sterlinq məbləğində ilk ödəniş edilib. Sənəddə Adnan Əhmədzadənin Dubaydakı Palm Jumeirah adasında yerləşən Oceana Residence (Argean PH2) yaşayış ünvanı göstərilir.
Musavat.com-un yazarı qeyd edir ki, bu yaşayış kompleksində üç otaqlı mənzilin qiymətləri 3,9-7,7 milyon dirhəm (1,1-2,1 milyon ABŞ dolları) arasında dəyişir. Yeri gəlmişkən, Adnan Əhmədzadənin əsas biznesi Birləşmiş Ərəb Əmirliklərində yerləşir.
London mənzili üçün £550,000 məbləğində ikinci ödəniş 14 fevral 2019-cu ildə "AA Properties 2000 LTD" vasitəsilə həyata keçirilib. "AA Properties 2000 LTD" şirkətini isə Adnan Əhmədzadə 4 dekabr 2015-ci ildə Londonda təsis edib.
Qeydiyyat nömrəsi "09903368" olan şirkətin ünvanı "Battle House, 1 East Barnet Road, New Barnet, Hertfordshire, United Kingdom, EN48RR" olaraq göstərilib.
Adnan Əhmədzadənin 9 yanvar 2017-ci ilə qədər direktoru olduğu bu şirkət əmlak alqı-satqısı ilə məşğul olub. O vaxtdan etibarən şirkətə 1994-cü il doğumlu Nigar Kərimli adlı şəxs rəhbərlik edir.
Əhmədzadənin Krallıqda 2 oktyabr 2013-cü ildə qeydiyatdan keçirdiyi "PS ASSETS LIMITED" adlı (qeydiyyat nömrəsi "08715209") daha bir şirkəti mövcud olub. Şirkəti direktoru milliyyətcə alman Philip Trapnell göstərilsə də Əhmədzadə qardaşlarının adları və imzaları sənədlərdə açıq görünür.
"82 St John Street, London, EC1M 4JN" ünvanında yerləşən bu şirkət də əmlak alqı-satqısı üzrə ixtisaslaşıb. Bu şirkətin səhmdarları arasında "SOCAR Trading"-in əməkdaşları olduqları qeyd edilən Elmir Ağamalıyev və Toğrul Rzayev və İsveçrədə qeydiyyatdan keçmiş "Corinthia Properties SA" şirkəti də var. "Corinthia Properties SA" isə Bakı qeydiyyatda olan Mirzəcanova Dilarənin adına açılıb.
Xarici medianın əldə etdiyi məlumatlara görə, 2 dekabr 2018-ci ildə reyestrə daxil edilən məlumatlarda şirkətin aksiyalarının ümumi dəyəri 1 milyon 12 min 382 funt olduğu görünür. Digər məlumatlara görə, 2023-cü ildə Adnan Əhmədzadənin qardaşı 1977-ci il doğumlu Xəyal Əhmədzadə və atası, 1948-ci il doğumlu Azər Əhmədzadə şirkətin 75%-lik nəzarət paketinə sahib olublar.
Maraqlı məqam odur ki, Xəyal Əhmədzadənin Cenevrədəki qeydiyyat ünvanı Dilarə Mirzəcanovaya məxsus olan "Corinthia Properties SA"-nın hüquqi ünvanı ilə eynilik təşkil edir.
Bundan başqa, "SOCAR Trading SA"-nın keçmiş direktorlarından olan Məryəm Almaszadənin də bu şirkətdə payı var.
Adnan Əhmədzadənin digər şirkəti İspaniyada, Malaqa şəhər Ticarət Reyestrində (Registro Mercantil de Málaga) 11 oktyabr 2018-ci ildə qeydiyyata alınmış "SIMPLEMENTA2000 SL" şirkətidir. Qeydiyyat nömrəsi "410363" olan şirkətin nizamnamə kapitalı 3006 avro olaraq göstərilib.
Adnan Əhmədzadənin digər şirkəti "Caspian Logistics Solutions" (CLS) o, 2018-ci ildə "SOCAR Trading Geneve"-dən gedəndən sonra qeydiyyata alınıb.
Xarici mediada Adnan Əhmədzadənin biznes imperiyası qrafik qaydada belə təqdim olunur:
"Alkagesta"-nın Adnan Əhmədzadəyə məxsusluğunu təsdiqləyən kiçik faktı maltalı jurnalist "insayder" məlumatları əsasında əldə edib. Adnan Əhmədzadənin Azərbaycanda fəaliyyət göstərən saytlardan birinin baş redaktoru ilə yazışmasında özü "Alkagesta" və "OilMar ship" şirkətlərinin ona məxsusluğu haqda xəbərdarlıq edir.
Bu skrində o da görünür ki, Adnan Əhmədzadə fatalist olub və "555" rəqəmini nədənsə özü üçün düşərli rəqəm hesab edib. Onun telefon və avtomobillərinin nömrələrində adətən bu rəqəm əks olunduğunu görmək olar:
Bu isə xarici medianın Adnan Əhmədzadənin biznes imperiyası ilə yanaşı törətdiyi cinayət əməllərini əks etdirən infoqrafikadır. İnforqrafikada göstərilən şirkətlərin cinayət şəbəkəsində rolu və yeri ayrıca qeyd olunacaq.
İndi bu şirkətin adının qaçaqmalçılıqla bağlı çəkildiyi cinayət işlərinə toxunaq.
Beləliklə, Adnan Əhmədzadənin şirkətlərinin cinayət sxemi...
Adnan Əhmədzadə Rusiyanın sanksiyalaşmış neft ticarəti ilə yanaşı, çirkli pulların yuyulmasında da iştirak edib.
Bir məqamı da xüsusilə nəzərə alsaq ki, Malta və Kipr Qərbin sanksiyalarından sonra rus neftini daşıyan şirkətlərin və treyderlərin əsas hüquqi ünvanlarından biri kimi yer alır və qaçaq neft daşıyan tankerlərin böyük bir qismi Malta bayrağı altında üzür. Bu arqumentlər də Əhmədzadənin arxasında dayanan qüvvələrin və sxemin genişistiqamətli olmasını şərtləndirir.
1-ci iş. Albaniya polisi Adnan Əhmədzadənin şirkətinin Rusiya neftini satanda həbs edib
Bu ölkənin tanınmış albanianpost saytı 24.02.2022-ci il tarixində "Alkagest" Albaniya bazarına daxil olur" adlı xəbər paylaşır. Sayt gözlənilmədən bu xəbəri 28 avqust 2025-ci il tarixində səhifəsindən silir. Həmin məqaləni yalnız arxiv saytlarından bərpa etmək mümkün olur.
Məqalədə deyilir ki, "Alkagesta" Albaniyanın enerji bazarının rəsmi təchizatçısı kimi fəaliyyətə başladığını elan edib və bildirib ki, bu addım Albaniyanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək.
"Alkagesta" Porto Romano Azad Ticarət Zonası vasitəsilə Aİ-dən Albaniyaya ilk dizel yanacağının göndərilməsini də elan edib.
Şirkətdən bildirilib ki, 22,5 min ton dizel yanacağı daşıyan "Grace Felix" tankeri Durres limanına gəlib və Albaniyanın daxili bazarını dizel yanacağı ilə təmin edir.
Halbuki, 22 fevral 2023-cü il tarixində reuters Albaniya hüquq-mühafizə orqanlarının Rusiyadan gəldiyi ehtimal edilən 22 500 ton xam neft qaçaqmalçılığının qarşısını aldığı barədə xəbər yayıb.
Bildirilir ki, 2023-cü ilin fevralında Albaniya hakimiyyəti Rusiya mənşəli olduğu güman edilən təxminən 22.500 ton xam neft daşıyan, Liberiya bayrağı altında üzən "Grace Felix" tankerini 22 ekipaj üzvü ilə birgə həbs edib.
Qeyd edilir ki, tanker yükü boşaltmaq üçün Durresə getməzdən əvvəl Yunanıstanın Kalamata şəhəri yaxınlığında "gəmidən-gəmiyə" (ship-to-ship) transfer həyata keçirib.
Gəmi heyəti yük sənədlərinin gah itirildiyini, gah da saxtalaşdırılmış sənəd verdikləri üçün şühbələri artırıblar. The Geopost
Bu sənəd sübut edir ki, "Grace Felix" tankeri 14 fevral 2023-cü ildə Porto Romanoya (Durres, Albaniya) 22500 ton dizel yanacağı ilə daxil olub. Amma çıxış nöqtəsi olaraq Yunanıstandakı "STS Lakonisos" göstərilib ki, bu da adi yükləmə limanı deyil, "gəmidən-gəmiyə" köçürmə sahəsidir. Bu hal isə dizel yanacağının dənizdə bir gəmidən başqa bir tankerə yükləndiyini təsdiqləyən faktdır və mütəxəssislərin qənaətinə görə, neftin əsl mənşəyini gizlətmək üçün istifadə edilən qaçaqmalçılıq üsuludur.
Araşdırma nəticəsində məlum olub ki, Rusiyanın Novorossiysk şəhərində xam neftlə yüklənmiş "Fidan" tankeri, ehtimal ki, saxta mənşə sertifikatlarından istifadə edərək yükü Yunanıstan sularında ("STS Lakonisos"da) "Grace Felix"-ə transfer edib. Geopost
"ALB UK News"-a görə, "Alkagesta" Rusiyaya qarşı elan olunmuş "neft embarqosu"ndan yan keçmək üçün bu ölkədən aldığı xam nefti sənəd saxtalaşdırılması ilə gizli şəkildə Avropaya daşınmasında iştirak edib.
Sxem təxminən belə işləyib:
- Neft Yunanıstan ərazi sularında "gəmidən-gəmiyə" əməliyyatı ilə nəql edilir;
- Daha sonra neftin Rusiyadan yox, başqa ölkədən gəldiyi təəssüratı yaradan saxta "mənşə sertifikatı" verilir;
- Bu üsulla yük Albaniyaya (Durres limanı), İspaniyaya (Tarraqona limanı) və Aralıq dənizinin digər istiqamətlərinə çatdırılır.
Xatırladaq ki, "Alkagesta LTD"-nin Albaniyada regional dileri Zafir Ademi olub ki, o, 2021-2022-ci illərdə Serbiyanın "НИС Газпром нефт"-in meneceri işləyib.
2-ci iş. "Alkagesta" Haftarın və "Vagner" silahlı qruplaşmalarını maliyyələşdirib
Liviyadan yanacaq qaçaqmalçılığı çoxmilyardlı sənayeyə çevrilsə də, bu ölkədən müntəzəm olaraq emal olunmuş neft məhsullarını ixrac edən dəniz şəbəkəsinin miqyası haqqında çox az şey məlumdur. Müşahidəçilər bildirirlər ki, Liviyanın şərqində yerləşən ərazi uzun müddət neftin "qara bazarı"nın əsl mərkəzi olub.
Beynəlxalq müşahidəçilərin fikrincə, Liviyada dizel qaçaqmalçılığı hər il həndəsi silsilə ilə artır ki, bu qənaət Liviya Audit İdarəsi tərəfindən də təsdiqlənir. Ölkə öz xam nefti üçün çox məhdud emal gücünə malikdir və idxalın böyük miqyaslı subsidiyalaşdırılma proqramını dəstəkləyir. Rusiya isə Liviyanın yanacaq istehlakının üçdə birindən çoxunu təmin edən əsas təchizatçıdır.
Yeni "qara donanma" Aralıq dənizində dizel yanacağını qaçaqmalçılığı ilə məşğuldur. Bir müddət əvvəl Siciliya sahillərində Rusiya mənşəli olduğu güman edilən yüz minlərlə litrlik dizel yanacağı daşıyan tankerlər ələ keçirilmişdi. Bu tankerlərin Malta, İtaliya və Liviya ətrafında trayektoriyası yeni formalaşan qaçaqmalçılıq marşrutunun mövcudluğunu sübuta yetirən fakt idi.
Qaçaqmalçılar isə xaricdən gətirilən daha keyfiyyətli hesab etdikləri məhsullara üstünlük verirlər. Elə bu səbəbdən hər qaçaqmal yükünün mənşəyinin təsdiqlənməsinin mümkün olub-olmamasından asılı olmayaraq, qaçaqmalçılıq yolu ilə gətirilən dizel yanacağının ən azı 1/3-nün Rusiya istehsalı olduğu deyilir.
"CAN KA" tankeri və "Alkagesta"
Bir çox Türkiyə dəniz və hökumət mənbələri "Alkagesta"-nın Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi (Denizcilik Genel Müdürlüğü) milli ticarət donanmasına daxil etdiyi "CAN KA" tankerini icarəyə götürdüyünü təsdiqləyirlər. Deniz Haber
İşini asanlaşdırmaq üçün "Alkagesta"-nın "Opet Marmara Ereğlisi" terminalında 120.000 kubmetrlik anbarı da icarəyə götürdüyü məlum olub.
Aşağıda "CAN KA" (IMO 9312925) kimyəvi Maddələr/neft məhsulları daşıyan tankerlər üçün Risk Hesabatı təqdim olunur.
Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) İdarə Heyətinin 5 sentyabr 2024-cü il tarixli qərarı ilə "Alkagesta Petrol ve Tarım Ticaret Ltd. Şti"-yə 15 illik bunker yanacağı tədarükü lisenziyası (IHR/12863/47753) verir.
Bu lisenziya ilə "Alkagesta Ltd. Şti"-yə distillə edilmiş dəniz yanacağı və qalıq dəniz yanacağını daşımaq imkanı verilib. Lakin şirkətin bu dəniz yanacağını haradan alıb Türkiyəyə tədarük edəcəyi ciddi suallar yaradıb.
Mütəxəssislər bildirirlər ki, Aralıq dənizində hərəkət edən "qara donanma" fəaliyyət sahəsindən asılı olaraq iki qrupa bölünürlər. Bir qrup şərq və şimala üz tutur: əksəriyyəti Rusiya neft məhsullarının əsas ixrac mərkəzlərindən biri olan Qara dənizin Novorossiysk limanına yan alırlar. Görünən odur ki, digər qrup Suriya, Türkiyə və Şimali Kiprdəki limanlardan yola düşür, sonra izləmə sistemlərindən yayınmaq üçün Liviya sularına üz tuturlar. Misal üçün, "Angelo 2" 2014-cü ildən 2022-ci ilə qədər Krımın Kerç şəhərində (Rusiyanın işğalı altındadır) qeydiyyatda olan "Uvas-Trans" MMC-yə məxsus olub. Bu tanker qeyd edilən sxem üzrə hərəkət edib.
"Qara donanma"nın digər tankerləri görünür, estafetin ikinci mərhələsinə cavabdehdirlər. Məsələn, AIS-ni (izləmə cihazları sistemi) söndürən və sonra geri qayıdarkən yenidən işə salan "Aristo" kimi gəmilər qərbə (əsasən Maltadan Liviyaya) doğru üzürlər.
Maltada başa çatan səyahətin ikinci mərhələsindən sonra ehtimal ki, üçüncü hissəsi başlayır. Bu zaman gəmilər əsasən, məşhur qaçaqmalçılıq qovşağı olan "Hurd Bank"ının açıq sularında qalır, burada yüklərini üçüncü gəmiyə boşaltmaq üçün gözləyirlər.
Rusiya neftinin idxalı bu ölkənin Ukraynaya qarşı başladığı müharibəyə qədər qanunsuz deyildi. Bu qaçaqmalçılıq sistemi də tətbiq olunan sanksiyalar səbəbindən formalaşdı. Bu işdə əli olan Avropa şirkətlərinin gəlirləri 10 milyardlarla ölçülür, çünki qaçaqmalçılıqla əldə edilən neft çox ucuz əldə olunur. Yəni Rusiya neft məhsullarını dəyər-dəyməzinə satır.
Lloydchr("39")s List araşdırmaçıları son iki ildə Benqazinin köhnə limanına ən azı 195 səfər edən 42 tanker müəyyən ediblər ki, bu da 1,4 milyon dedveyt (ddw) tona bərabər yük daşıması deməkdir.
"Lloydchr("39")s List" tərəfindən araşdırılan peyk şəkilləri köhnə limanda böyük tankerlər də daxil olmaqla gəmilərin müntəzəm hərəkətini göstərir.
Birləşmiş Millətlər Təşkilatının müvafiq hesabatında Benqazi limanında yüklənən gəmilərin peyk görüntüləri əks olunub.
Bir il davam edən "Bloomberg" araşdırması göstərdi ki, 2022-ci ilə qədər yerli istehsal yanacağının və subsidiya proqramı çərçivəsində ölkəyə idxal edilən yanacağın 40%-ə qədəri - ildə təxminən 5 milyard dollar - qeyri-qanuni ticarətə yönəldilir.
Liviyanın şərqində yerləşən əsas ticarət limanı olan Benqazi son bir neçə ildə dəniz qaçaqmalçılığının mərkəzinə çevrilib. Benqazi limanının ən şimal ucunda, şərq tərəfində isə köhnə liman yerləşir.
Liviyada "qazoyl" (ucuz dizel məhsulu) hasilatı on ildən artıqdır ki, problemdir, qaçaqmalçılar hökumətin yanacaq subsidiya proqramından istifadə edərək yanacağı qara bazarda gizli satmaqla külli miqdarda qazanc əldə edirlər.
Qərb mətbuatında yayılan hesabatlardan birində deyilir ki, "Aİ Liviya ilə əlaqəli qeyri-qanuni ticari əlaqələri sıxışdırmaq üçün "Sofiya" və "İrini" əməliyyatlarını başladıqdan sonra Liviyanın qərb sahillərində sahillərindən yanacaq qaçaqmalçılığı azalmağa başladı. Beləliklə, Liviyanın qərbində yanacaq qaçaqmalçılığıın həcminin azalması bu "qara ticarət"in Liviyanın şərqinə köçməsinə imkanı yaratdı.
Məlumat üçün bildirək ki, Liviyada Milli Birlik Hökuməti BMT tərəfindən tanınan hökumətdir.
Xəlifə Haftar və Rusiyanın "Vaqner Qrupu"nun rəhbərlik etdiyi "LAAF" (Libyan Arab Armed Forces) həm Qəddafi dövründən qalma qüvvələrdən, həm də qeyri-rəsmi milislərdən ibarətdir və beynəlxalq səviyyədə tanınmış hökumət tərəfindən mübahisələndirilsə də, özünü "milli ordu" hesab edir.
Böyük ehtimal ki, LAAF qaçaqmalçılıqdan daha çox vəsait əldə etmək üçün şərqə doğru hərəkət edib. Bunu "Janes"-in baş analitiki James Trigg də təsdiqləyir: "LAAF şərq Liviyada üstünlük təşkil edir"
"Belə bir anlayış var ki, Liviyanın şərqində baş verən hər hansı bir fəaliyyət, Rusiyanın "Vaqner Qrupu" və LAAF komandanlığı vasitəsilə Haftar ailəsinin səssiz icazəsi ilə həyata keçirilir."
BMT-nin ekspertlər qrupu 2023-cü il hesabatında Liviyanın qərbindəki Zaviyə və Zuvara ətrafındakı ərazilərdən dəniz yanacağının qaçaqmalçılığının daha da sürətləndiyini təsdiqləyib.
A.Əhmədzadənin "Alkagesta" şirkəti Liviya neftinin qaçaqmalçılıq yolu ilə daşıyan şirkətlərdən biri olub. Bunu əksər media resursları bildirirlər:
"Alkagesta"nın qanunsuz və saxta sənədlərlə neft daşımaçılığı ilə məşğul olduğunu təsqiləyən kifayət qədər fakt var. Onlardan bir neçəsini təqdim edirik.
4 fevral 2024- cü il tarixində Türkiyənin "Cumhuriyet" qəzetində köşə yazarı Miyase İlknurun "Haftarın neftini satırıq?" başlıqlı məqaləsi dərc edilib. Məqalədə bildirilir ki, 2023 - cü ilin dekabrında İstanbul Anadolu Respublika prokurorluğuna müraciət edən "Yanacaqdaşıyan Gəmilər Dərnəyi"nin sədri və həmin ilin iyul ayında iflas etdiyi elan olunan "CYE dənizçilik anonim şirkəti"nin müdürü Ali Deniz Eraydın iddialar irəli sürüb. A.Deniz Eraydın prokurorluğa verdiyi ifadədə Türkiyədə fəaliyyət göstərən bəzi şirkətlərin Liviyanın şərqindəki qüvvələrin lideri general Haftarın əlində olan neftin Maltadan gətirilirmiş kimi saxta sənədlər düzəldərək Türkiyədə satışını həyata keçirdiklərini qeyd edib.
İddiaçı Ali Deniz Eraydın "Alkagesta LTD", "Poliport kimya sənaye anonim şirkəti", "Polisan Holdinq anonim şirkəti", "Coral Enerji DMCC", "Coral Enerji PTE", "MADDOX DMCC" və "MADDOX SA" adlı şirkətlərin qadağan olunmuş Liviya və Rusiya neftini sistemə daxil edərək Türkiyədə satdıqlarını deyib. Bu şirkətlərin "dizel almaq" bəhanəsi ilə Maltadan kirayə götürdükləri gəmilər Krit adasının cənub sahillərində "AIS sistemini" (Gəmi İzləmə Sistemi) söndürün Liviyaya yönəlirlər.
Onlar bu gəmilərə Liviyanın Haftar və "Vaqner" qruplaşmalarının nəzarətində olan Benqazi Limanı bölgəsindən satışı qadağan edilən dizeli yükləyirlər. A.Deniz Eraydın bu limanlardan gəmilərin yüklənməsi ilə bağlı BMT-nin hesabatlarını daha sonra prokurorluğa təqdim edəcəyini bildirib.
Onun sözlərinə görə, iki gün sonra gəmilər Kritin cənubunda AIS peyk sistemini yenidən aktivləşdirir və özlərini Maltadan gəlirmiş kimi göstərərək Mersin və Gebze limanlarına yanaşırlar: "Onlar gömrükdə bəyan edirlər ki, qaçaqmalçılıq yolu ilə gətirilən dizeli Malta sahillərində OPL (limana yan almadan, limandan kənar) istifadə edərək qəbul ediblər.
Daha sonra "Poliport Kimya AŞ"-nin və Mərmərə dənizi sahillərində yerləşən Ereğlidə OPET-in (A tipli anbar), "Alkagesta" MMC və MADDOX SA adlı şirkətlərə kirayə verdikləri anbarara malı boşaldırlar.
Onlardan da pulu Dubaydakı hesablarına qoymaları xahiş olunur. Dubaydan çəkdikləri pulları isə "Vaqner" və "Haftar" qruplarına silah almaq üçün istifadə edirlər".
Ali Deniz Eraydın sözlərinə davam edərək deyib ki, bu şirkətlərin Liviyadan gətirdiyi tankerlərin siyahısını, sənədlərin düzgünlüyünü yoxlamaq üçün Yarımcada yerləşən "110555 nömrəli" Gömrük Müdirliyi ilə əlaqə saxlamaqla dəqiqləşdirmək olar.
"Bu məsələ ilə bağlı aparılan araşdırma zamanı məlum olacaq ki, 20-yə yaxın yük gəmisi mənim təsvir etdiyim qeyri-qanuni üsullarla Türkiyəyə gətirilib və müxtəlif şirkətlərə satılıb". istinad
Qeyd edək ki, prokurorluq təqsirləndirilən şəxslərə qarşı Türkiyə Cinayət Məcəlləsinin 153-cü maddəsinin 2-ci bəndinə əsasən istintaqın aparılmasını və Sülh Cəza Məhkəməsindən dosyenin məxfiliyinə dair qərar çıxarılmasını istəyib.
Başqa bir mənbədə isə general Haftarın əlində olan neftin güya Maltadan gətirilirmiş kimi saxta sənədlər düzəldərək Türkiyədə satılması ilə əlaqəli sənədlər dərc olunub. Bu sənədlərə əsasən, satıcı "Alkagesta LTD" Malta, alıcı "Alkagesta Mersin", məhsulun yükləmə limanı və istehsal ölkəsi Malta, mənşəyi isə Türkmənistan kimi göstərilib. Əksinə, alıcının bəyannaməsində alıcı "Alakesta LTD Mersin" kimi göstərildiyi halda, fakturada alıcı "Alkagesta Malta" kimi göstərilib.
Yükləmə limanı bəyannamədə Malta olduğu halda və gəmi kapitanının bütün bəyannamələrində bu, "Malta OPL" yazılıb. Yenə də daşıma agentliyi "Malta FREEPORT Destripark"ı yükləmə limanı kimi qeyd ediblər. Məhsul Maltada istehsal edildiyi halda, fakturada Türkmənistan kimi göstərilib. Bir sözlə, məhsulun yükləndiyi limanla bağlı heç bir sənəd, möhür, imza, məsul şəxs/şirkət, sorğu hesabat mövcud deyil.
İstanbul Anadolu Prokurorluğuna müraciət edən şikayətçi Ali Dəniz Eraydın bəyan edib ki, Maltadan gətirilən neftin Türkmənistandan gəlmə ehtimalı yükdaşıma xərclərinin artması və bunun nəticəsində neftin qiymətinə təsir etməsi səbəbindən ticarətin normal gedişatını pozur. O, Türkmənistan neftinin harada və hansı marşrutlarla satılması ilə bağlı aşağıdakı məlumatları verib: "Türkmənistan mənşəli olduğu iddia edilən neft məhsullarının Maltaya, oradan da Türkiyə limanlarına çatdırılması dəniz sənayesinin normal gedişatını pozur. Həqiqətən də, "qazoil" Maltaya və ətraf ərazilərə neft emalı zavodları və anbarlara yaxın olan bölgələrdən verilir".
Türkmənistandan gələn neft məhsulları yay aylarında Rusiya limanlarından gəmilərlə Qara dənizə, sonra isə başqa limanlara daşınır. Çay gəmilərinin çeşidi məhdud olduğundan bu məhsullar ümumiyyətlə Qara dənizlə həmsərhəd dövlətlər tərəfindən alınır. Qış aylarında çayların donması səbəbindən Türkmənistan nefti dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Gürcüstanın Kulevi və Batumi limanlarındakı anbarlara daşınır, sonra isə başqa ölkələrə göndərilir. Məsafə artdıqca yükdaşıma xərcləri müvafiq olaraq artdığı üçün Qara dəniz və Egey dənizlərində yerləşən limanlar Türkmənistan məhsullarının satışı üçün cəlbedici deyil. Ona görə də sözügedən məhsulların türkmən mənşəli olması ehtimalı azdır. Maltadan yükləndiyi iddia edilən türkmən mənşəli məhsul, Liviyadan yüklənən Haftar və "Vaqner"in nəzarəti altında olan Rusiya mənşəli benzin məhsuludur. Həqiqətən də Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi hesabatda "MT TONY" və "MT ISRA" gəmilərinin Liviyanın Benqazi limanından elan olunmuş tarixlərdə yola düşdüyü ortaya çıxıb.
"Volza" adlı internet resursunun məlumatlarına görə, Qara dənizdəki terminallar vasitəsilə idxalçı kimi çıxış edən "Alkagesta Ltd"-nin fəaliyyəti xüsusilə şokedicidir:
"Alkagesta Ltd Yomkostyah" Qara Dəniz Terminalı "Po Poruch. Enym DMCC"-Batumidə qeydiyyatdan keçmişdir (Türkiyədə olduğu kimi siyahıya alınmışdır, ehtimal ki, logistik çaşqınlıqlara görədir, lakin Gürcüstana aiddir). Şirkət əsas mənbə kimi Qazaxıstan olan 2 təchizatçıdan 14 tədarükün həyata keçirilməsini göstərir. İdxal edilən mallar "HSN kodu" 2710 - neft məhsulları üzrə təsnif edilirdi. Əsas tədarükçülər Qızılorda Neft Emalı MMC və Kızılorda Yüngül Sənaye MMC-dir.
"Alkagesta Ltd And Black Sea Terminal Facilities" - 7 təchizatçıdan 20 çatdırılma ilə Türkiyənin Khobi şəhərində qeydiyyatdan keçmişdir. Təchizat mənbəyi Qazaxıstandır və əsas təchizatçılar arasında "Amangeldinskiy GPZ Limited", "Amangeldinsky GPZ Ltd". və "Amangeldinskiy GPZ LLP" adlı şirkətlərdir. İdxal olunan məhsul Qızılorda neft emalı zavodunda istehsal olunan M-100 markalı mazut olub.
Beləliklə, dayanıqlı bir sxem ortaya çıxır ki, Liviya nefti Tobrukda yüklənir, sonra saxta türk sertifikatları sayəsində "Qazaxıstan" kimi etiketlənir və daha sonra Malta vasitəsilə Aİ ölkələrinə satılır. "Alkagesta" şirkəti Batumi, Xobi və Malta infrastrukturunda terminallardan istifadə edərək logistika və hüquqi vasitəçi kimi fəaliyyət göstərir.
Bu, beynəlxalq hüquqi reaksiyanın zəruriliyini təsdiqləyir, çünki medianın yazdığına görə, bu qruplaşma, sanksiyalardan sistematik şəkildə yayınmağı, BMT qətnamələrinin pozulmasını, gizli iqtisadiyyat və silahlı qrupların, o cümlədən sanksiyalar altında olanların maliyyələşdirilməsi ilə birbaşa əlaqəli enerji resurslarının mənşəyinin saxtalaşdırılmasını həyata keçirir.
Həmçinin, Türkiyədəki "Alkagesta MMC"-nin adı 2022-ci ildə Şimali Kipr Türk Respublikasında yaşanan enerji böhranında da hallanırdı. Belə ki, 2022-ci ilin iyulunda Şimali Kiprin maliyyə naziri xaricə gedir və yerinə keçici olaraq Fikri Ataoğlunu təyin edir. 10 gün boyunca maliyyə naziri kimi fəaliyyət göstərən turizm naziri Fikri Ataoğlu isə "Teknecik" su elektrik stansiyasında yanacaq ehtiyatının azalmasını əsas göstərərək (4 iyulda bitəcəyini iddia edirlər) tender keçirmədən yanacaq alır. "İçkale Sosial Xidmətlər, Daşımaçılıq, Qida, Turizm, Avtomobil Və Ticarət MMC" 13 min ton, "Alkagesta MMC"-dən isə 3 min ton yanacaq alınır. Amma yanacaq vaxtında çatdırılmır və Kipr əhalisi bir neçə gün qaranlıqda qalır.
Qeyd edək ki, yanacağın alındığı digər şirkət "İçkale"-nin təsisçisi "Topal İhsan" ləqəbli Aziz İhsan Aktaş bu ilin yanvar ayında rüşvət, korrupsiya və silahlı qruplaşma yaratmaq ittihamları ilə həbs olunub, avqust ayında isə ev dustaqlığına buraxılıb.
"Alkagesta" saxta sertifikatlardan istifadə edərək Avropada Rusiya neftini satdığı üçün Aİ və Böyük Britaniya səlahiyyətliləri tərəfindən təhqiqat altındadır.
Bu əməliyyatlarda adı qeyd olunan digər şirkətlər haqda da məlumat verək:
"Oilmar Shipping and Chartering DMCC"
Dünən haqqın.az saytı Sinqapurun "Manifold Tayms" nəşrinə istinadən Adnan Əhmədzadənin Birləşmiş Ərəb Əmirliklərində yerləşən şirkətinin bütün səhmlərinin şirkətin baş direktoru Yusif Məmmədov tərəfindən alındığı haqda məlumat yaydı.
Albaniyanın albuktv saytı -nin "Alkagesta"-nın Albaniyada törətdiyi qaçaqmalçılıq cinayəti ilə bağlı yazdığı məqalədə qeyd olunur ki, "Oilmar Shipping DMCC" haqqında yazdığı məqalədə qeyd olunur ki, bu şirkətlər Türkiyənin "Almedia" şirkəti ilə birlikdə Adnan Əhmədzadənin rəhbərlik etdiyi qrupda olublar. Bu strukturların məqsədi sanksiyalardan yan keçərək Rusiya neftini Albaniyaya və Avropanın digər limanlarına nəql etmək olub.
Yusif Məmmədov Dubayda yerləşən və son benefisiarı Adnan Əhmədzadə olan "Oilmar Shipping and Chartering DMCC" şirkətinin baş direktorudur. Şirkət 2015-ci ilin noyabrında yaradılıb, dəniz yanacağı və neft məhsullarının satışı üzrə ixtisaslaşıb və dünyanın 60-dan çox ölkəsində xidmət göstərir. 2022-ci ildə Oilmar komandası ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçən ümumi gəlir əldə edib.
Euronova Energy SA. Bu şirkətin adına "Alkagesta" ilə bağlı açıqlanan əksər sənədlərdə rast gəlmək olur.
"Alkagesta" rəhbərləri arasında qeyd olunan Pierre Gayın 2013-2017-ci illərdə bu şirkətin icraçı direktoru vəzifəsində çalışıb.
2013-cü ildə təsis edilib, baş qərargahı Cenevrədə (İsveçrə) yerləşir. Cənub-Şərqi Avropada xam neft və neft məhsullarının ticarəti, daşınması və saxlanması ilə məşğuldur. Qara dənizdə (məsələn, Konstansa, Rumıniya) və Adriatik dənizində anbar obyektlərinə, habelə Dunay çayında barj daşımalarına sahibdir və ya idarə edir. İdarəedici şəxsləri Stefan Yovanoviç (Prezident), Gilles Chautard, Raphaël Gossnerdi.
Araşdırmalar göstərir ki, "Euronova Energies SA" Moldovanın Rusiyayönlülərin nəzarəti altında olan seperatçı Dnestryanı bölgəsinə dizel və digər yanacaq təchizatında rol oynayır. Bəlli olub ki, Neft məhsulları Novorossiyskdən (Rusiya) dəniz yolu ilə Konstansaya (Rumıniya) daşınır. Sonradan Rumıniya şirkətləri yükü Moldovaya, oradan isə Rusiyayönlü qüvvələrin nəzarətində olan Dnestryanıya çatdırılır. Moldova təhlükəsizlik xidmətlərindəki mənbələr şirkəti Dnestryanı yanacaqla təmin edən mürəkkəb logistika şəbəkəsinin bir hissəsi kimi təsvir edir. Defapt.ro
O da qeyd olunur ki, "Euronova Energies" Ural yatağından xam neft ixrac etmək üçün Rusiyanın dövlət neft şirkəti "Zarubejneft" vasitəsilə neft hasilatı kvotası üzrə tenderlərdə iştirak edib. Bu, Rusiyanın dövlət qurumları ilə mümkün kommersiya əməkdaşlığından xəbər verir. Financialintelligence.ro
Rusiya ilə dolayı ticarət əlaqələrinə gəldikdə isə, mənbələr "Euronova"nı "Qazprom"-un Serbiya neft şirkəti olan "NIS Qazprom" üçün ikinci ən böyük yanacaq tədarükçüsü olduğunu deyirlər. Nikcenter.org
Əhmədzadənin Rusiya ilə əlaqələrini təsdiqləyən detallardan daha biri
Adnan Əhmədzadə Azərbaycan vətəndaşı olmaqla yanaşı, Britaniya vətəndaşlığını da aldığı məlumdur.
Bildirilir ki, Adnan Əhmədzadənin adına qeydiyyata alınmış 100 milyon dollarlıq super-yaxta Böyük Britaniya tərəfindən sanksiya tətbiq ediləndən sonra Aralıq dənizində beynəlxalq izləmə sistemlərindən (GPS deaktivasiyası vasitəsilə) yoxa çıxıb. Britaniya pasportuna malik olmasına baxmayaraq, Adnan Əhmədzadə, Vahid Ələkbərovun aktivlərinin qanuni müdafiəsini təmin etmək və Rusiyanın "Lukoil", "Tatneft", "Sibur", "Surgutneftegaz" və başqaları kimi neft şirkətləri üçün neft ticarətini asanlaşdırmaq üçün istifadə etməkdə ittiham olunur.
Onun "Lukoil" şirkətinin sahibi Vahid Ələkbərovla xüsusi əlaqələri də rus neftinin qaçaq treyderliyini etməsindən xəbər verir, sentyabr ayında Əhmədzadə Bodrumda "Lukoyl"un təsisçisinin ad günü şənliyində görüntülənib və Ələkbərovun "Genesis" yaxtasından istifadə edib. Eləcə də "Galactica Super Nova" gəmisini öz adına rəsmiləşdirməsi bu əlaqələri aydın göstərən faktlardır.
Azərbaycan neftinin çirkləndirilməsi ilə bağlı ilkin məlumat getdikdən sonra informasiya axınına nəzər yetirsək, hədəfləndirilmiş dezinformasiya cəhdlərini də aydın şəkildə görə bilərik. Xarici ölkədən başlayan və yerli şəbəkə mediası tərəfindən inkişaf etdirilən ictimai rəyi aldatmaq cəhdləri hələ sentyabrın 11-də Rumıniyanın "Cancan" nəşrində "SOCAR Rumıniya"ya qarşı hücumlar başladı
və sentyabrın 15-də "SOCAR Petrolium"a qarşı yeni dezinformasiya ilə davam etdirildi.
Əvvəlki hadisələr də bu prosesin bir mərkəzdən idarə olunması barədə şübhə yeri qoymur. Hələ 2025-ci ilin avqust ayında Ukraynada yerləşən SOCAR-ın infrastrukturlarına iki hücum, ölkənin dövlət qurumları və kritik infrastrukturlarını internetlə təmin edən ən iri magistral operatoruna kiberhücumlar təşkil olunub.
Azərbaycan neftinin ixrac edildiyi Ukraynanın Odessa istiqamətindəki qaz kəməri sisteminin, eləcə də SOCAR-ın yanacaqdoldurma məntəqəsinin növbəti dəfə Rusiya dronları tərəfindən hədəfə alınaraq zərbələrə məruz qalması Kremlin Azərbaycana qarşı düşmənçiliyinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. Eləcə də mülki infrastrukturların, energetika-yanacaq kompleksələrinin hərbi hədəf halına gətirilməsi, SOCAR-ın inzibati ofisinin yanına raketin düşməsi və digər hallar məqsədli bir ssenarinin tərkib hissəsidir və Moskvanın dövlət aparatının sifarişlərinin təzahürüdür. Bunlar Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı legitin fəaliyyətinə zərbə vurmaq, bu ölkədəki humanitar-iqtisadi dəstəklərini sarsıtmaq məqsədi güdür.
Azərbaycanın milli neft korporasiyası SOCAR-ın regional və qlobal əhəmiyyətli enerji layihələrində, neft-kimya sahəsində uğurlu tərəfdaşlığına, beynəlxalq imicinə kölgə salmaq cəhdlərinin bir hissəsidir. SOCAR-ın Avropa, Asiya, Afrika qitələrinə çıxış imkanlarının artması, yeni kəşflərin və texnoloji həllərdə rolunu güclənməsi, o cümlədən son dövrlərdə Orta və Yaxın Şərq, Afrika bölgələrində neft yataqlarının kəşfiyyatı və işlənməsi, bərpaolunan enerji layihələrinə cəlb olunması "Qazprom" və digər Rusiya enerji şirkətlərini qıcıqlandırır.
Onu da unutmayaq ki, üzvü xloridin məsələsi meydana çıxmamışdan bir neçə gün əvvəl dünaynın ən nüfuzlu tədqiqat institutu olan "Moody's" beynəlxalq reytinq agentliyi SOCAR-ın investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqini "BAA3" (sabit) dərəcəsinə yüksəldib. Agentlik SOCAR-ın sağlam maliyyə göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi və təkmilləşdirilmiş korporativ idarəetmə mexanizmlərinin formalaşdırılmasını əsaslı faktorlar kimi nəzərə alaraq reytinqin yüksəldilməsinəqərar verib.
Neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, SOCAR ardıcıl müsbət sərbəst pul axını, etibarlı kredit göstəriciləri və sağlam likvidlik mövqeyi nümayiş etdirməsi, yüksək investisiya reytinqi qazanması əlbəttə, Rusiyanın enerji korporasiyalarında rəqibini gözdən salma xislətini cilovlaya bilmədiyindən yuxarıda vurğuladığımız təxribatlara rəvac verilir.
Yeri gəlmişəkən, sentyabrın 23-24-də Bakıda keçirilən Birinci Azərbaycan İnvestisiya Forumunda qlobal enerji ailəsinin üzvü sayılan SOCAR-la yeni investisya sazişlərinin imzalanması, "Italiana Petroli S.p.A" şirkəti ilə anlaşma sənədi əsasında İtaliyanın neft emalı kompleksinə daxil olması yeni investisiyalar, müasir yanaşma və dəyərli təcrübə sahələrində milli enerji brendi kimi nəhəng investora çevrildiyini təsdiqləyir.
Bu xəbərlərin hədəfi Azərbaycan neftinin ixracında mühüm məntəqələrdən biri olan Rumıniyada fəaliyyət göstərən "SOCAR Rumıniya"nı, ümumilikdə isə "SOCAR Petrolium"u vurmaq olub. Niyə? Ya baş vermiş insidentə görə bütün günahları başqa şəxslərin üzərinə atıb onları "qurbanlıq qoyun" etmək, ya da Adnan Əhmədzadənin maxinasiya sxemlərinin araşdırılmasını əngəlləmək məqsədi güdülüb.
Beləliklə, uzun illər ərzində Rusiya ilə sıx təmaslar və bu ölkənin neftinin satışından əldə olunan milyardlar Adnan Əhmədzadənin Azərbaycana qarşı geostrateji silah kimi istifadə olunmasına, sanki anti-Azərbaycan casusu kimi yetişdirilməsi ilə tamamlanıb. Rusiya kəşfiyyatının təsiri altında trans-milli iqtisadi cinayətkar şəbəkənin fəal üzvünə çevrilmiş Əhmədzadə pul və sərvət, lüks həyat, dəbdəbəli rifah və gözqamaşdıran karyera naminə Azərbaycana xəyanət edib. Onun bu xəyanəti qlobal bazarda ən keyfiyyətli və yüksəl alıcı bazası toplamış "Azeri Light" neftinin və Azərbaycan neft sənayesinin etibarlılığına və bazar şəffaflığına kölgə salıb. Bu fraqmentasiyalar nəticəsində "Azeri Light" markalı neftin qiymətinin 75 dollardan 68,31 dollara düşüb. Bu, bir barel üçün 6,69 dollar azalma deməkdir. Nəticədə Azərbaycanın ixrac gəlirləri 2,01 milyard dollar azalaraq ölkənin ÜDM-nin təxminən 0,9 faizini təşkil edib. istinad
Adnan Əhmədzadənin qoşulduğu şəbəkənin cinayət sxemi təbii ki, bu şəxsin "zəkası və bacarığı" ilə tərtib edilə bilməz və digər tərəfdaşlarının iştirakını Azərbaycanın müvafiq dövlət orqanlarının apardıqları dəqiq və böyük miqyaslı təhqiqatlar nəticəsində görmək mümkün olacaq. Hətta Rusiyanın media təşviqatçıları belə "çirkli neft oyunları"nın Kremldən idarə olunmasına və Azərbaycana dəyə biləcək zərərlərin "mühasibatlığını" hazırlayıb. Məsələn, Rusiyanın trol eksperti kimi tanınan, bloger Yuri Podolyaka davamlı olaraq yazılarında Azərbaycanın enerji siyasətini gözdən salmağa çalışmış, Bakının neft ixracında "problem" yaşadığını xatırlatmaqla mənbənin hara bağlı olmasına işarə vermişdir. Ona bu məlumatların sözsüz ki, A. Əhmədzadənin ortaq olduğu, Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan cinayətkar şəbəkədən sızdırılması istisna deyil. Podolyaka "zərgər dəqiqliyi" ilə Azərbaycana dəyən zərərin miqdarını da hesablayıb. "Ekspertin" hesablamalarına görə, Azərbaycanın iqtisadi itkiləri təxminən 420-770 milyon dollar təşkil edir. Belə ki, avropalı tərəfdaşların beş neft yükünün emalından imtinası 350 milyon dollar, "çirklənmiş" neft tankerinin dayanması 70 milyon dollar, Ceyhan terminalından altı çatdırılmamış neft yükü 420 milyon dollar, SOCAR-ın gündəlik mənfəətinin 30 milyon dollar azalması sayəsində itkilər yaranıb.
Beləliklə, üzvi xloridin Ceyhandakı bir neçə sisterndə aşkar edilməsi rusların proqnozlaşdırdığı kimi Azərbaycana kifayət qədər maddi zərərlərə başa gəldi. Hadisənin baş verdiyi həftədə bir neçə ölkə Azərbaycan neftinin alışını dayandırdı. BTC ilə gündəlik təxminən 580 min barel neft ixrac olunur və bir həftəlik ixrac 4 milyon barelə yaxındır. Eyni zamanda, yüz min tonlarla çirkli neftin Avropadakı anbarlarda saxlanılması xərci, daşınması, təmizlənməsi, neft emalı zavodlarına təzminatlar SOCAR-a kifayət qədər itkilər yaradır. Bura Qazaxıstanın BTC ilə neft nəqlindən müəyyən dövr ərzində imtina etməsini də əlavə etsək xeyli məbləğdə tranzit gəlirlərimiz də itikiyə getmiş olur.
"S&P" agentliyinin qiymətləndirməsinə görə "Azəri Layt" nefti son dörd ilin ən aşağı səviyyəsində satılıb.
İqtisadi ziyanlara rəğmən, Rusiyanın BTC-nin etibarını sarsıtmaq, Azərbaycanın möhtərəm neft diplomatiyasını və etibarlı enerji nəqli proqramını pozmaq və digər siyasi cəhdlər fayda vermədi. Əvvəlki başqa ucuz ssenarilər və məntiqsiz təxribatlar kimi bu oyun da alınmadı. Azərbaycan dövləti və dövlətinin lideri dəmir iradəsi, sarsılmaz qətiyyəti, geridönməz inad və təkidi ilə belə süni layihələri də ifşa etməyi bacardı. Dövlətimizin və dövlətçiliyimizin iqtisadi təhlükəsizliyinə, milli legitim enerji maraqlarına xələl gətirən proseslərin və ünsürlərin utilizasiyasını təmin etdi.
Əli Rais,
Musavat.com