Bakıda regional səviyyədə yeni forum yaradılacaq - XİN rəsmisi

Regional səviyyədə yeni bir forumun - SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) Şəhərlər Forumunun təşkil edilməsi istiqamətində addımlar atılır.

Olaylar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə deyib.

XİN rəsmisi qeyd edib ki, forum BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramıdır: "Burada beş Mərkəzi Asiya ölkəsi və Azərbaycan iştirak edir. COP29 çərçivəsində şəhərlərin çoxsaylı niyyət bəyanatları imzalanıb və bu forumun yaradılması razılaşdırılıb. Məqsəd - SPECA çərçivəsində iqlimə həssas, ağıllı şəhərlər forumu yaratmaqdır", - deyə E. Məmmədov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31