Müharibə cinayətləri cavabsız qalmır- ÖZƏL

"Ukrayna ilə ağır müharibə, dünyada gedən geosiyasi proseslər, tətbiq olunan ciddi sanksiyalar düşünürdük  Rusiya xarici siyasətində dəyişikliyə və yeni bir dönəmin başlanğıcına səbəb olacaq. Nəhayət Şimal qonşumuz hədə dilindən əl çəkəcək, sülh, əməkdaşlıq modelini seçəcək. Amma bu baş vermir". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib:" Hər gün Rusiya silahlı qüvvələri tərəfindən dinc ukraynalıların, mülki vətəndaşların qətlə yetirildiyini, evlərinin dağıdıldığını eşidirik. Beynəlxalq prinsiplərə, müharibə qanunlarına görə mülki vətəndaş, dinc sakinlər legitim atəş hədəfi ola bilməz.  Rusiya artıq bütün əndazələri aşıb, hüquqi prinsipləri heçə endirib. Kimin necə düşünməsindən  asılı olmayaraq müasir dünyada müharibə cinayətlərinin cavabsız qalacağı inandırıcı deyil.  İmperiya maraqları naminə şəhərləri viran qoy, dinc insanları  didərgin sal, məhv et. Belə yanaşma yalnız quldarlıq  dövründə olub.    
Hazırda dünyanın iki nəhəngi, ABŞ prezidenti Donald Tramp və Çin  Rusiya məsələsinə sülh konteksindən deyil, öz strateji maraqları çərçivəsindən yanaşırlar.
 Görünən odur ki, Çin  Rusiyanı zəifləmiş ölkə, ucuz xammal bazası kimi görmək istəyir. Tramp isə  nəinki Rusiyaya, hətta dünya siyasətinə biznes  maraqları çərçivəsində yanaşır. Bu insan maliyyə məsələsini öndə görür. Amma müşahidələr göstərir ki, qəhrəman ukraynalıların savaşı öz bəhrəsini mütləq verəcək. Əgər o vaxta qədər sağ qalsalar müharibə cinayəti törədənlər mütləq ədalət məhkəməsi qarşısına çıxarılacaqlar. Necəki bir qrup erməni vaxtılə dinc azərbaycanlılara qarşı törətdiyi ağır cinayətlərə görə, bu gün Bakıda məhkəmə qarşısında cavab verir. Bir zamanlar heç kimin ağlına gəlməzdi ki, həmin qatı cinayətdə ittiham olunan ermənilər məhkəmə qarşısına çıxacaq. Bu gəlişi gözəl ifadə deyil. Ədalət gec-tez yerini tapır. Biz əminik ki, bir gün ukraynalılar müharibə cinayətləri törədənləri məhkəmə qarşısına çıxaracaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31